Mən öyrənməyi, oxumağı, kitabları çox sevirəm

17:28 14-11-2017 | icon 1783 | Uşaq Dünyası
Mən öyrənməyi, oxumağı, kitabları çox sevirəm

Leyla Nəcəfli

Salam əziz dostlar. Bağışlayın ki, neçə vaxtdır sizinlə görüşə gələ bilmirəm. Başım dərslərə qarışmışdı. Elə indi də dərslərim var, amma ilk dərs günü ilə müqayisədə sanki yeni kitablarıma alışmışam.

Məktəbə, sinif otağına daxil olan kimi öz yerimdə, 3-cü partada əyləşdim. Elə həyəcanlıydım ki… “görəsən yeni müəllimlərimiz necə olacaq, dərslərimiz asan olacaq, ya çətin”- deyə, öz-özümə danışırdım.

Hə, yeni dərs başladı.Yeni müəllimlərimizlə, yeni dərslərlə tanış olmaq mənim üçün böyük maraq, həyəcan idi. Artıq demək olar ki, 2 aydır 6-cı sinif şagirdiyəm. Hər gün müxtəlif fənləri keçdikcə, müəllimlərə də, fənlərə də marağım artır. Mən hər gün dərslərimə hazırlıqlı gəlir və müəllimin suallarına həvəslə cavab verirəm. Əslində ilk vaxtlar bu yorucu idi. Bəlkə də yay istirahətinin nəticəsi olaraq belə idim. Ancaq yorucu olduğu qədər də maraqlı və əyləncəli idi. Çünki mən öyrənməyi, oxumağı, kitabları çox sevirəm. 1-ci sinifdən qiymtlərim əladır. 1-ci sinifdən bu günə qədər müəllimlərim məni digər şagirdlərə nümunə göstərirlər. Başqa cür ola da bilməz.

Yeni dərs ilində “Uşaqlarla Debat – qruplarla iş” lap ürəyimcə oldu. Bu ilk günün bitməsini heç istəmirdim. Ancaq nə etməli, bu gün olanları hər gün geridə qoyuruq. Bizimlə qalan isə aldığımız biliklər və təcrübədir.

İndi isə sizi yeni fənlərimlə tanış edim: Coğrafiya, fizika, biologiya, ümumi tarix, fiziki tərbiyə. Bu fənlər mənim dərs cədvəlimə yeni daxil olub. Həm də xoş qədəmlərlə.

Belə, əzizlərim, məncə oxumaq öyrənmək çox vacibdir. Əgər biz yüksək təhsil alsaq, dünyagörüşümüz, çevrəmiz böyüyər.

Bu gün də belə keçdi, sağ olun, salamat qalın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı