Pakistanın Prezidenti Azərbaycan Prezidentini təbrik edib

14:04 23-04-2018 | icon 719 | Siyasət
Pakistanın Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Təbrikdə deyilir:

 

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilməyiniz təkcə Azərbaycan xalqının Sizə bəslədiyi etimadın göstəricisi deyil, eyni zamanda, Azərbaycan Respublikasının inkişafı naminə verilmiş mandatdır.

Pakistan və Azərbaycan strateji tərəfdaşlar olmaqla yanaşı, onlar həm də aralarında qədim mədəniyyət bağları və ortaq adət-ənənələri olan qardaş dövlətlərdir. Zati-aliləri, Sizin ötən ilin mart ayında Pakistana səfəriniz ölkələrimiz arasında mövcud olan dostluq və xeyirxah münasibətlərə əlavə stimul verdi. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri Pakistan və Azərbaycan xalqlarının ortaq maraqları naminə bundan sonra da möhkəmləndirmək istiqamətində Sizinlə yaxından işləmək niyyətindəyik.

Yaranmış imkandan istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və yüksəliş arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin