Yeni il bayramının PROQRAMI açıqlandı

19:32 18-12-2019 | icon 441 | Gündəm
Yeni il bayramının PROQRAMI açıqlandı

Bu il bulvarda yeni il daha təmtəraqlı olacaq.

 

Versus.Az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, bütün Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir:

"Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün şam ağacları və dirəklər çilçıraqlarla bəzədilib. Bulvar boyunca müxtəlif, rəngarəng kompozisiyalar qurulur. Bayram günləri Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Kukla Teatrının yanındakı yeraltı keçidin önündə Bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 metr olan tunel quraşdırılıb. Bulvar ərazisində iki yolka quraşdırılıb. Bunlardan biri köhnə Bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində (təxminən 18 metr) yerləşir. Bayram günləri Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarəng bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək".

 

G.Yelmarqızı əlavə edib ki, gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq:

 

"Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol