Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək

10:23 19-12-2019 | icon 366 | İdman
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək

Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Versus.Az xəbər verir ki, iki gün davam edəcək qarşılaşmalardan sonra yarımfinalçıların tam tərkibi bəlli olacaq.

İlk oyun günündə hər iki matç Bakıda baş tutacaq. Yarımfinala vəsiqə qazanan ilk komanda Zirədə müəyyənləşəcək. Qəsəbənin eyniadlı təmsilçisi “Səbail” səddini adlamağa çalışacaq. Qolsuz heç-heçə etdikdən dörd gün sonra meydana çıxacaq komandaların duelində ev sahibləri penaltilər seriyasında olsa belə mütləq qalib gəlməlidir. Qonaqlara isə qollu heç-heçə də sərf edir.

 

Yay transfer pəncərəsinin ən fəallarından olan, lakin ümidləri doğrulda bilməyən “Sabah” kubokun son qalibi “Qəbələ”ni sınağa çəkəcək. Əyalət klubu ilk oyunda vurduğu üç topla cütün taleyini böyük ölçüdə aydınlıq gətirib. Paytaxt təmsilçisi yarımfinala yüksəlmək üçün kiçik möcüzəyə imza atmalıdır.

 

İlk oyun günündə qarşılaşan cütlərin qalibləri yarımfinalda üz-üzə gələcək. Digər yarımfinalçılar isə Azərbaycan futbolu üçün 2019-cu ilin son oyunlarında bilinəcək.

 

“Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Bir il əvvəl olduğu kimi rəqib meydanından qələbə ilə dönən “Gənclik şəhəri” təmsilçisi üstünlüyünü qorumağa çalışacaq. Bakılılar isə ötən il həsrət qaldıqları yarımfinala adlamaq üçün 2 qol vurmalıdır. Çünki bir qol ən yaxşı halda komandanı penaltilər seriyasına daşıyacaq.


 
Futbol ilinə “Keşlə” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq. Son illərin dəyişməz çempionu növbəti dubla doğru addım atmaq iddiasındadır. Bunun üçün ağdamlılar evdə qazandığı minimal üstünlüyü qorumalıdır. Paytaxt təmsilçisi isə güclü rəqibi mübarizədən kənarlaşdırmaq üçün vuruşacaq. Bunun üçün “Keşlə” doğma azarkeşləri önündə qənaətbəxş nəticə ilə qalib gəlməlidir.

 

Qeyd edək ki, yarımfinalın ilk oyunları 2020-ci il aprelin 22-də, cavab matçları 29-da baş tutacaq.

 

Azərbaycan kuboku
1/4 final, cavab oyunları

19 dekabr (cümə axşamı)

 

“Zirə” – “Səbail”
Hakimlər: 
Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu, 15:00
İlk oyun – 0:0

 

“Sabah” – “Qəbələ”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3

 

20 dekabr (cümə)
“Sumqayıt” – “Neftçi”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”, 17:00
İlk oyun – 1:0

 

“Keşlə” – “Qarabağ”
Hakimlər: 
Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”, 20:00
İlk oyun – 0:1 /Apasport.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI