"Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb

11:50 19-12-2019 | icon 649 | Ədəbiyyat
"Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb

"Şərq-Qərb" nəşriyyatında Əməkdar elm xadimi Qəzənfər Paşayevin "Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb.

 

Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlının Versus.Az-a verdiyi məlumata görə, kitab nəsimişünaslar və oxucular tərəfindən böyük maraqla qarşılanacaq:

“Çünki bu nəşr şairin həyat və yaradıcılığı ilə bağlı bir çox məqamlara, xüsusən də onun edamı və "dönüklüyü" məsələsinə yeni rakursdan yanaşma ilə diqqət çəkir. Professor Qəzənfər Paşayev kitabında elm aləmi üçün yeni olan bir çox məsələdən söz açır”.  

 

Kitabda "Nəsimi: edamdan sonrakı həyat", "Nəsimi obrazı bədii ədəbiyyatda", "Bədii fikir tariximizdə Nəsimi zirvəsi", "Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatlan", "Nəsimi irsinin tədqiqində yeni mərhələ" məqalələri tamamilə yeni elmi qənaətləri əks etdirir. 

 

N.Cabbarlının sözlərinə görə, kitabda ən maraqlı məqamlardan biri Nəsiminin edamı ilə bağlı din xadimlərinin fətva vermədiyi qənaətinin irəli sürülməsidir:

“Halbuki bu məsələ ilə bağlı indiyə qədər irəli sürülən fərziyyə tamamilə fərqli idi. Bu səbəbdən və bir çox başqa məqamlara işıq saldığı üçün inanırıq ki, monoqrafiya oxucu və tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq”.  

 

Ktaba həmçinin şairin divanının heç bir nüsxəsində təsadüf edilməyən 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeiri daxil edilib. Kitabın ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçisi akademik Möhsün Nağısoyludur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi