Bakı Musiqi Akademiyasında LOLA audiovizual yayım sistemi istismara veriləcək

13:17 19-12-2019 | icon 307 | Mədəniyyət
Bakı Musiqi Akademiyasında LOLA audiovizual yayım sistemi istismara veriləcək

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında LOLA ("LOw LAtency") audiovizual yayım sistemi istismara veriləcək.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, LOLA audiovizual yayım sistemi artıq sınaq rejimində istismar olunub və Estoniyada quraşdırılan digər LOLA sistemi ilə onlayn bağlantı yaradılaraq canlı musiqi ifası həyata keçirilib.

 

LOLA real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master-klasslar, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir.

 

20 dekabr 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Avropa elm və təhsil qurumlarının nümayəndələrinin iştirakı ilə LOLA sisteminin daimi istismara verilməsi məqsədilə rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə LOLA texnologiyası və R&E şəbəkələri ilə bağlanan Bakı və Tallin sənətçilərinin çıxışları yer alacaq.

 

Qeyd edək ki, LOLA sistemi İtaliyanın elm və tədqiqat şəbəkəsi olan GARR ilə əməkdaşlıq edən Cuzeppe Tartini adına musiqi konservatoriyası tərəfindən yaradılıb. Hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulmaları mövcuddur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür