Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallaşması Ermənistanda ciddi narahatlığa səbəb olub

13:24 19-12-2019 | icon 336 | Qarabağ
Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallaşması Ermənistanda ciddi narahatlığa səbəb olub

Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşməsi Ermənistanda ciddi narahatlıq yaradıb.

 

Versus.Az xəbər verir ki, erməniləri daha çox görüş zamanı T.Gəncəliyevin icmalar arasında danışıqlarla bağlı yanaşmasının Fransa səfirində yaxşı təəssürat oyatması məyus edib.

 

Görüşə münasibət bildirən erməni politoloq Qrant Məlik-Şahnazaryan Fransanın Ermənistanın yaxın müttəfiqi olmasına diqqət çəkərək, yazıb:

“Fransanın Azərbaycandakı səfiri Zakari Qross əvvəlcə Tural Gəncəliyevlə görüşür, sonra isə onun “Ümid edirəm ki, növbəti görüş Dağlıq Qarabağda olacaq” tvitini paylaşaraq, Tural Gəncəliyevin yanaşmalarının onda yaxşı təəssürat oyatdığını yazır. Fransa, sən də?”

 

Daha sonra o, bu mənzərənin Baş Nazir Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın yürütdüyü xarici siyasət nəticəsində yarandığını, bu siyasət nəticəsində Ermənistanın heç bir müttəfiqinin qalmadığını, belə xəbərlərin artıq təəccübə səbəb olmadığını vurğulayıb.

 

Ermənistanın diplomatik müdafiəsinin məhv edildiyini bildirən erməni politoloq T.Gəncəliyevin rəhbərlik etdiyi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının getdikcə siyasi amilə çevrildiyini də qeyd edib.

 

Ümumiyyətlə, bu ilin əvvəlində T. Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri seçilməsindən sonra icmanın xarici əlaqələrində canlanma hiss olunmaqdadır. Belə ki, il ərzində T. Gəncəliyevin erməni diasporunun aktiv olduğu Los- Ancelesə səfər etməsi, orada bir sıra görüşlər keçirərək erməni işğalından danışması, bundan başqa, icma sədrinin Belçikada Avropa Parlamentinin deputatları ilə təmaslar qurması Ermənistanda müzakirə mövzusuna çevrilməkdədir. Aparılan müzakirələr zamanı icma sədrinin fəaliyyətinin Ermənistanda böyük narahatlıq əmələ gətirdiyi aydın şəkildə hiss olunmaqdadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı