“İstərdim ki, mediaya daha çox azadlıq, sərbəstlik verilsin"

13:32 19-12-2019 | icon 472 | Siyasət
“İstərdim ki, mediaya daha çox azadlıq, sərbəstlik verilsin"

Razi Nurullayev: "Qeyri-sağlam tənqidin ortaya çıxmasının bir səbəbi də vətəndaş cəmiyyətinin sıradan çıxarılmasıdır"

 

“Azərbaycanda tənqidə sanki qeyri-qanuni olaraq bir qadağa qoyulub. Amma sağlam tənqid olmalıdır. Bu gün ölkənin bütün siyasi rəhbərliyi də tənqid oluna bilər, amma sağlam şəkildə. Biz sağlam tənqidi də çərçivəyə salanda radikal tənqid ortaya çıxır. Bugünkü söyüş, qeyri-sağlam tənqidin ortaya çıxmasının səbəblərindən biri budur”. 

 

Versus.Az xəbər verir ki, bunu “APA TV”-yə müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev vətəndaş cəmiyyəti və media haqqında danışarkən deyib.

 

R.Nurullayev qeyd edib ki, qeyri-sağlam tənqidin ortaya çıxmasının bir səbəbi də vətəndaş cəmiyyətinin sıradan çıxarılmasıdır: 

“Bu gün vətəndaş cəmiyyəti ilə bağlı qanunvericilik “sıxılıb”. Xarici fondlar qadağan olundu, Azərbaycan QHT-lər daha çox sıxıldı, yalnız bir QHT-lərə Dövlət Dəstəyi Şurasından müəyyən vəsait ala bilirlər. Bunun obyektiv səbəbləri o idi ki, bəzi vətəndaş cəmiyyəti nümayəndələri xarici fondalardan pul alırdı və siyasi təşkilatlara, Azərbaycanda qeyri-qanuni fəaliyyətlərə sərf edirdi. Bununla da dövlət üçün problem yaradırdılar və hesabat belə vermirdirlər. Amma bu qanunu sərtləşdirməklə onlar sıradan çıxdımı? Əksinə, onlar daha da gücləndi, başqa ölkələrdə fəaliyyət göstərək əvvəl aldıqlarından 10-15 dəfə daha çox vəsait alırlar. Amma dövlətin yanında dayanan, dövlətçilik, Azərbaycan xalqı üçün çalışan və demokratik təsisatlar adlanan bir qurumu ayaqda saxlayan insanlar sıradan çıxdı. Qurunun oduna yaş da yandı və bunun əziyyətini hələ də çəkməkdəyik”. 

 

AXCP sədri mətbuatın durumu haqqında danışarkən mediadan heç bir umacağının olmadığını, medianın inkişafını istədiyini deyib: 

“İstərdim ki, mediaya daha çox azadlıq, sərbəstlik verilsin. Yaradıcı insanları sıxmaq, qəfəsə salmaq olmaz. Yaradıcı insanlar qoy sərbəst şəkildə istədiklərini etsinlər. Ancaq qanunsuz hərəkətlər olan zaman qanun onları müəyyən çərçivəyə salsın.

Amma yaradıcı insanlara daha çox sərbəstlik verilməsinin tərəfdarıyam. İstəyirəm ki, media üçün daha yaxşı, gözəl şərait yaradılsın ki, onlar inkişaf edə bilsinlər. Onlar nəyin doğru olub-olmadığını biləcəklər. Doğru insanları dəvət edib tribunada əyləşdirəcəklər, sual-cavab edəcəklər, söz verəcəklər. Mediadan heç bir incikliyim yoxdur, yalnız inkişaflarını istəyirəm”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı