Məşhur cütlüyün oğluna bir milyonluq reklam təklifi

08:52 20-12-2019 | icon 513 | Şou-biznes
Məşhur cütlüyün oğluna bir milyonluq reklam təklifi

Türkiyənin məşhur cütlüyü Burak Özçivit və Fahriye Evcenin oğlu Karana sərvət dəyərində reklam təklif edilib.

 

Versus.Az xəbər verir ki, aktrisa oğlunun şəklini ilk dəfə sosial şəbəkədə paylaşdıqdan sonra xarici oyuncaq firmasından Karanın reklamda çəkilməsi üçün bir milyon lirə (təxminən 287 min manat) təklifi gəlib. Amma cütlük təklifdən imtina edib.

 

Eyni zamanda, şirkət Karanın “İnstagram” hesabında paylaşılacaq hər fotoya görə 50 min lirə (14 min manat), hekayə bölməsində yerləşdiriləcək fotoya görə isə 15 min lirə (dörd min manat) verə biləcəklərini açıqlayıb. Burak və Fahriye bir yaşı olmayan oğulları üçün gələn bu təklifi də qəbul etməyib.

 

Fahriyenin Karan ilə paylaşdığı foto 2,9 milyon insan tərəfindən bəyənilib.

 

Qeyd edək ki, Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib. Bu ilin aprel ayında isə oğulları Karan dünyaya gəlib. /Oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI