"Bəlkə də, ürəklərində məni qısqanırlar, amma..."

09:00 20-12-2019 | icon 634 | Ədəbiyyat
"Bəlkə də, ürəklərində məni qısqanırlar, amma..."

Ramiz Rövşən: "Mən poeziyamızdan ümidliyəm, hər şeyin yaxşı olacağına inanıram"

 

Ağlıma gəlməyən şeirlərimə belə mahnılar yazılıb. İndiyə kimi bir çox şeirlərimə yazılan mahnılar oxunub. Həmin şeirlərimə mahnıların yazılacağına inana bilmirdim. Son olaraq həm Nəzakət Teymurova, həm də Ehtiram Hüseynov çox fərqli kompozisiyalar hazırlayıb.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.

 

“Şeirlərinizə yazılan mahnıları oxuyan ifaçılardan kimlərin ifasını bəyənirsiniz?” sualına Xalq şairi kiminsə adını çəkmək istəmədiyini bildirib:

 

“Kimlərin ifasını bəyəndiyimi deyə bilmərəm. Ümumiyyətlə, şeirlərimə yazılan mahnıların hamısını bəyənirəm. Onları bir-birindən ayırmıram. Çünki mahnı müəllifi şair deyil, bəstəkar və ifaçıdır. Özüm daha çox klassik musiqilərə qulaq asıram”.

 

Ramiz Rövşən hazırda səhhətinin yaxşı olduğunu qeyd edib:

“Bu yaxınlarda 73 yaşımı qeyd etdim. Bu yaşdan sonra səhhət haqqında nikbin danışmaq çətin olsa da, 73 yaşa görə pis deyiləm”.  

 

“Şair olaraq sizi qısqananlar varmı?” sualına Xalq şairi bu barədə danışmaq istəmədiyini deyib:

“İnanın ki, bilmirəm. Bəlkə də, ürəklərində qısqanırlar. Amma mən belə bir şeyin olmasını istəmirəm. Ümumiyyətlə, cavan şairlərimiz çoxdur. Bəyəndiklərimin adını bir-bir çəksəm, digərləri inciyər. İnanın ki, mən poeziyamızdan ümidliyəm. Hər şeyin yaxşı olacağına inanıram”. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin