Gürcüstanın keçmiş prezidentinin oğlu bıçaqlanıb

09:11 20-12-2019 | icon 356 | Dünya
Gürcüstanın keçmiş prezidentinin oğlu bıçaqlanıb

Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya Tbilisidə sinə nahiyəsindən bıçaqlanıb.

 

Versus.Az “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, hadisə paytaxtın Vera ərazisində baş verib. 

 

Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında isə onun yaralandığı bildirilsə də hansı silahdan xəsarət yetirildiyi açıqlanmayıb:

"Tsotne Qamsaxurdiya yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Onun odlu və ya soyuq silahla vurulduğu müəyyənləşdirilir".

 

Hadisənin kim tərəfindən törədildiyi də bildirilməyib.

 

"Adam öldürməyə cəhd" maddəsi ilə cinayət iş başlanılıb. Hadisəni törədən şəxsi 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir. 

 

T.Gamsaxurdiyanın vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, Tsotne Zviad Qamsaxurdiyanın ikinci oğludur. 

 

Xatırladaq ki, 2009-cu ildə Tsotne Gamsaxurdiya qonşusu David Badjhelidzeyə tapança ilə xəsarət yetirmək ittihamı ilə polis tərəfindən saxlanılıb. Tbilisi şəhər məhkəməsi onu 2010-cu ildə 9 il 6 ay həbs cəzasına məhkum edib. 

 

2011-ci ildə həbsxana müddətində olarkən həbsxana işçisinə rüşvət verməkdə günahlandırılaraq növbəti 5 il azadlıqdan məhrum olunub.

 

2012-ci ilin oktyabrında Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili onu Katolikos-Patriarx II İlinin xahişi ilə əfv edib. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin