“Yeniləşən Azərbaycan və gənclik”

16:22 20-12-2019 | icon 341 | Mədəniyyət
“Yeniləşən Azərbaycan və gənclik”

20 dekabr 2019-cu ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Yeniləşən Azərbaycan və gənclik” adlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, muzeyin YAP Səbayıl “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı ilə “Milli Fədailər Hərəkatı”nın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi və “Gənclər siyasəti” filminin nümayişi ilə başlayıb.

 

İştirakçıları salamlayaraq, “İnamla, İlhamla qələbəyə doğru” məruzəsi ilə çıxış edən muzeyin “Elmi-kütləvi iş və təhsil” şöbəsinin baş mütəxəssisi, YAP Səbayıl rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbirin önəmi barədə məlumat verərək, Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqəti sayəsində son illərdə azərbaycanlı gənclərin mühüm uğurlara nail olduğunu, bacarıq və imkanlarının yeni səviyyəyə çatdığını və hüquqlarının genişləndiyini vurğuladı.

 

Daha sonra məruzə edən Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşları - “Numizmatika və epiqrafika“ elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Sevinc Nəsirova, “Elmi-kütləvi iş və təhsil” şöbəsinin əməkdaşı Zümrüd İsmayılova, həmçinin “Milli Fədailər Hərəkatı”nın üzvləri - sədr Fuad Muradov, sədrin birinci müavini Akif Səfərov, sədrin müşaviri Böyükbəy Əliyarbəyov və həmin Hərəkatın üzvü Zülfiyyə Nuriyeva dövlət başçısının mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətində olan uğurlarını qeyd edərək, yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalı inkişafının təmin edildiyini vurğuladılar.

 

Məruzəçilər ölkə başçısının azərbaycanlı gənclər sırasında kadr potensialının artırılması və Azərbaycan gənclərinin beynəlxalq məkana inteqrasiyasının təmin olunmasına hərtərəfli dəstək verdiyini bildirərək, onun siyasətini alqışladıqlarını bildirdilər.

 

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin canlı ifasında səsləndirilən “Heydərimiz” mahnısı (sözləri: Gülər Əlvan qızı; bəstə: Aytən İbrahimova) tamaşaçıların gur alqışlarına səbəb oldu.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı