Bəzən “boğaz ağrısı” deyib əhəmiyyətsiz yanaşırıq

10:39 21-12-2019 | icon 2090 | Sağlamlıq
Bəzən “boğaz ağrısı” deyib əhəmiyyətsiz yanaşırıq

Nərminə Abbasova: “Travmalar balıq sümüyü və ya hansısa yad cismin qida borusuna düşməsi zamanı baş verir”

 

Bu xəstəlik barədə bir çoxumuz məlumatsızıq. Bu səbəbdən də bəzən “boğaz ağrısı” deyib əhəmiyyətsiz yanaşırıq.

 

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ilə söhbət zamanı öyrəndik ki, vaxtında həkim müayinəsindən keçməməklə həyatımızı nəqədər riskə atmış oluruq.

 

Beləliklə, öncə onu qeyd edək ki, Ezofaqit qida borusunun iltihabı olub, həzm sistemi üzvlərinin geniş yayılmış xəstəliklərindən biridir. Nərminə xanım deyir ki, xəstəliyin 3 növü ayırd edilir - yarımkəskin, kəskin, xroniki:


“Xəstəliyin əmələ gəlməsinə həddindən artıq isti və qaynar qidaların qəbulu, qida borusunun kimyəvi maddələrlə məsələn, yod, sirkə turşusu və sairlə zədələnməsi, eyni zamanda bəzi infeksion xəstəliklərin qida borusunun selikli qişasının zədələnmələridir. Bəzi hallarda radiasiya şüalanmaları və qida borusunun travmaları da qida borusunun selikli qişasının zədələnməsinə və iltihabına səbəb ola bilir. Travmalar balıq sümüyü və ya hansısa yad cismin qida borusuna düşməsi zamanı baş verir”.

 

Həkim-terapevt deyir ki, yarımkəskin və xroniki ezofaqitin əmələ gəlməsinə qaynar, kəskin qidalar, spirtli içkilər, qida allergiyaları, stenoz zamanı qidanın qida borusunda qalması, qida borusunun xərçəngi səbəb olur:

 

“Ezofaqitin reflyuk səbəbli əmələ gəlməsinə də daha tez-tez rast gəlinir. Ezofaqit morfologiyasına görə müxtəlif olur: kataral, eroziyalı, hemoragik, psevdomembran formalı, nekrotik, abvsesli.
Ezofaqit xəstəliyinin əlaməti xəstəliyin formasından və onu əmələ gətirən səbəbdən asılıdır. Ezofaqitin ümumi əlamətləri qida borusunda qaşınma hissinin olması, udulmuş qidanın çətinliklə qida borusundan keçməsidir. Xəstəliyin hemoragik formasında qusuntu kütləsində qan aşkar edilə bilir.
Ezofaqitin abses forması zamanı rentgenoloji müayinədə iltihabı zona aşkar edilir”.


Nərminə xanım deyir ki, xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Belə ki barium sulfat içərək rentgen müayinəsində diaqnoz qoymaq mümkündür. Həkimin sözlərinə görə, Ezofaqitin abses formasının müalicəsi cərrahi yolladır. Digər növlərini isə uzun müddət pəhriz saxlayaraq və həkimin göstərişlərinə əməl edərək müalicə etmək mümkündür.

 

Ezofaqal perforasiyası olan xəstələrdə bəzən müxtəlif symptom və əlamətlərin müşahidə edildiyini vurğulayan həkim-terapevt dedi ki, əksər ölkələrdə ezofaqal perforasiyanın əsas səbəbi yatrogen travmalardır və əksəriyyəti axalaziya və ya ezofaqusun daralmasına görə aparılan endoskopik terapiya nəticəsində baş verir:

 

“Ezofaqal perforasiya ilə daxil olmuş xəstələrin ilkin müayinəsi fizioloji parametrlərin sabitliyinin qiymətləndirilməsi, ağrının kontrol edilməsi, hipotenziya və ya sepsisin müalicəsindən ibarətdir. Bu reanimasion tədbirlər perforasiyanın diaqnostikası üçün tələb olunan müvafiq diaqnostik müayinələrdən əvvəl aparılır. Xəstənin stabilliyi təmin olunduqda ezofaqal perforasiyanın diaqnostikası endoskopiya və ya KT görüntüləməsi ilə aparılır.

Burada xüsusilə qeyd etmək lazımdır ki, müalicəyə dair qərarın qəbulu təkcə diaqnozun təsdiqlənməsindən deyil, həmçinin mediastinal və ya plevral boşluğun ezofaqusun perforasiyası nəticəsində çirklənməsinin baş verib verməməsindən də asılıdır. Müalicə yanaşması KT görüntüləməsində çirklənmənin əhatəliyi, perforasiyanın lokalizasiyası, ölçüsü, selikli gişanın tamlığı və ikincili patologiyanın mövcudluğundan asılıdır”.

 

Həkim bildirdi ki, ezofaqal perforasiyaların müalicəsinin nəticələri perforasiyanın erkən diaqnostikasından xeyli asılıdır. Ezofaqal perforasiyalar erkən və gecikmiş perforasiyalara bölünür.

Nərminə xanım deyir ki, stabil olan xəstələrdə növbəti addım kimi suda həll olunan kontrastla yuxarı mədə-bağırsaq sisteminin radioloji görüntüləməsinin aparılması təklif edilir. Əgər suda həll olunan kontrastla aparılan radioloji görüntüləmə neqativ olarsa, bu zaman həmin görüntüləmə bariumla aparılır:

 

“Ezofaqal perforasiyanın diaqnostikasında bariumun istifadəsi daha dürüst nəticələr verir. Lakin, nəzərə almaq lazımdır ki, böyük olçülü ezofaqal perforasiyanın baş verməsinə şübhə olduqda, bariumla görüntüləmə heç zaman ilk müayinə metodu kimi istifadə edilməməlidir. Əvvəllər düşünülürdü ki, bariumun döş boşluğu və ya abdominal boşluğa keçməsi toxumalarda iltihab prosesinin daha da pisləşməsinə səbəb ola bilər. Son araşdırmalarda bu məqam öz təsdiqini tapmayıb. Lakin, bariumun böyük miqdarda həmin boşluqlara ekstravazasiyası sonradan aparılacaq KT görüntüləməsinin keyfiyyətini və dürüstlüyünə mənfi təsir etmiş olur.

Kontrastla aparılan radioloji müayinələrdən dərhal sonra KT görüntüləməsinin tətbiqi ezofaqal perforasiyanın müəyyən edilməsi ehtimalını xeyli artırmış olur. Belə ki, KT-də ezofaqusdan kənar sərbəst hava, contrast və ya maye daha yaxşı görünür.

Kontrastla yuxarı mədə-bağırsaq sisteminin radioloji görüntüləməsində mediastinumda yalnız sərbəst hava müəyyən edilirsə və kontrastın ezofaqusun boşluğundan ətrafa sızması müşahidə edilmirsə, həmin xəstələrdə növbəti addım kimi endoskopik müayinə və müalicə aparıla bilər”.

 

Diaqnostik müayinə başa çatdıqdan sonra reanimasiya tədbirləri və sepsis əlamətlərinin monitorinqinin davam etdirildiyini bildirən Nərminə xanım qeyd etdi ki, Ezofaqusun perforasiyası nəticəsində paraezofaqal sızma baş verərsə, həmin xəstələrin müalicəsi adətən per oral qida və maye qəbulunun dayandırılması və xəstəxanada monitorinqin aparılmasından ibarət olur:

 

“Kiçik ölçülü perforasiyalarda müalicə adətən endoskopik metodlarla aparılır. Lakin, iri həcmli perforasiyalarda, habelə xəstənin kliniki vəziyyətinin ağır olduğu hallarda bəzən operativ müdaxilə tələb oluna bilər”.

 

DİQQƏT!

Əgər Ezofaqit haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı