Qəzaya uğrayan təyyarənin pilotlarının yalvarış səsləri yayıldı - VİDEO

08:36 23-12-2019 | icon 476 | Maraqlı
Qəzaya uğrayan təyyarənin pilotlarının yalvarış səsləri yayıldı - VİDEO

Texasda qəzaya uğrayan yük təyyarəsinin pilotlarının son sözlərinin stenoqramı yayılıb.

 

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, faciə cari ilin əvvəlində baş verib. Həmin vaxt “Boeing 767” təyyarəsi qəzaya uğrayan zaman pilot Şon Arçuleta, kapitan Riki Bleykli və birinci zabit Konrad Jül Askavas həlak olmuşdu.

 

Belə məlum olur ki, Mayamidən çıxan “Amazon”a aid təyyarədə hər şey son anda pisləşib.

 

Stenoqramda pilotlardan birinin sürət itirdiklərini dediyi eşidilir.

 

“Hanı mənim sürətim?”, - deyə o yüksək səslə soruşur.

“Biz dayanmışıq”, - deyə o biri pilot da yüksək səslə cavab verir.

Cümlələrin hansının hansı pilota aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

 

Bir neçə dəqiqədən sonra pilotlardan birinin dua etdiyi eşidilir:

“Allahım, rəhm elə. Allahım rəhm elə”, - deyə pilotun yalvarış səsi gəlir.

Faciəyə anlar qalmış kimsə soruşur: “Nə baş verir?”

Bir anda “Yüksəl!”, - deyə insanların vahiməli qışqırtıları eşidilir.

 

Sonra isə yəqin ki, yaşama şansının olmadığını anlayan pilotlar şəhadət gətirirlər: “Allahım. Allahım, ruhumu qəbul elə!..”

 

Qəzanın səbəbləri hələ tam müəyyən olunmasa da, bunun pilot səhvi ola biləcəyi düşünülür.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol