Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi

08:59 23-12-2019 | icon 299 | Siyasət
Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi

Avropa İttifaqı (Aİ) Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

 

Versus.Az Avropa Xarici Əlaqələr Xidmətinin saytına istinadən xəbər verir ki, bu barədə dekabrın 19-da Bakıda keçirilən Aİ ilə Azərbaycan arasında təhlükəsizlik dialoqunun ikinci turu zamanı bildirilib.

 

Məlumata əsasən, tərəflər, siyasət və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran vacib məsələlər, o cümlədən münaqişə və böhranların həlli, regional və beynəlxalq təhlükəsizlik üçün təhdid və çağırışlar barədə fikir mübadiləsi aparıblar və praktik əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Qeyd edilib ki, nümayəndə heyətləri BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüquqi norma və prinsiplərə sadiq olduqlarını bir daha təsdiq ediblər və beynəlxalq qaydalara əsaslanan nizamı təmin etmək üçün bu prinsiplərə ciddi riayət etməyin vacibliyini vurğulayıblar:

"Aİ-nin yüksək səviyyəli rəsmiləri, xüsusən Avropa Şurasının Prezidenti Donald Tusk və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini tərəfindən Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyib və suverenliyininin dəstəklənməsi ilə təşkilatın mövqeyini bir daha sübut edir".

 

Bu dəstək Cənub Qaz Dəhlizinin Avropa bazarlarına enerji tədarükünün şaxələndirilməsində əhəmiyyəti, xüsusilə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) bu yaxınlarda açılışı və Trans-Adriatik Boru Kəmərinin (TAP) yaxın vaxtlarda başa çatması fonunda vurğulanıb. Aİ nümayəndə heyəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirib:

"Aİ və Azərbaycan tərəflər arasında yeni saziş layihəsi üzrə danışıqların başa çatmasının vacibliyini vurğulayıb. Nümayəndə heyətləri təhlükəsizlik dialoqunun növbəti raundunun 2020-ci ilin ikinci yarısında Brüsseldə keçirilməsi barədə razılığa gəliblər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi