"Bütün seçki məntəqələri səsverməyə hazırdır"

09:03 23-12-2019 | icon 305 | Siyasət
"Bütün seçki məntəqələri səsverməyə hazırdır"

Azərbaycanda bələdiyyə seçkilərinə artıq start verildi və seçki məntəqələri vətəndaşların səsverməsi üçün açıqdır.

 

Versus.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

 

M.Pənahov bildirib ki, seçicilərin sərbəst şəkildə səsverməsi və seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

 

MSK sədri vurğulayıb ki, seçkinin nəticələri barədə gün ərzində ictimaiyyətə məlumat veriləcək.

 

O qeyd edib ki, 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da seçkilər haqqında məlumat veriləcək:

“Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”.

 

M.Pənahov əlavə edib ki, əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, dərhal Seçki Məcəlləsinin tələbinə uyğun olaraq addımlar atılacaq. Onun sözərinə görə, indiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb:

“Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb. Biz bütün imkanlardan istifadə edirik ki, xoşaglməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”.

 

MSK sədri vurğulayıb ki, hər seçki məntəqəsinə 10-dan artıq müşahdəçi düşür.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

 

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

 

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müçahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI