HƏQQ MƏNDƏDİR

21:59 23-12-2019 | icon 715 | Mədəniyyət
HƏQQ MƏNDƏDİR

“Nəsimi – 650” layihəsinin çərçivəsində daha bir təqdimat həyata keçirildi.

 

Öz əsərlərinin mahir ifaçısı, bəstəkar Sevinc Ağasıyeva “Həqq məndədir” layihəsini təqdim etdi. Uşaqlıqdan Nəsimi poeziyasının vurğunu olmuş Sevinc bu layihəyə doğru uzun illərdir ki, addımlayır. Hərf-hərf, kəlmə-kəlmə Nəsimi dühasını özünə hopduran qənc qızın arzuları bugünlərdə öz bəhrəsini verdi.

 

Versus.az xəbər verir ki, layihəyə kiçik solo-konsert və klip daxildir.

Gecəni ASAN Radio-nun aparıcısı Ruslan Zeynal idarə edirdi. Konsertdə İmadəddin Nəsiminin qəzəllərinə yazılmış korifey bəstəkarlarımız Tofiq Quliyev, Süleyman Ələsgərovun əsərləri ilə yanaşı Sevinc Ağasıyeva özünün yazdığı əsərləri də ifa edilib. Həmçinin şairin qəzəlləri bədii qiraət ustası Xəzər Süleymanlının ifasında səslənib.

 

Səhnədə ifaçını əməkdar artist, tarzən Şəhriyar İmanov, musiqiçilər Bəbir Bəbirov, Şükür Əliyev müşayiət edirdi.

Konsert bitdikdən sonra isə tanınmış kamança ustası Mark Eliyahunun Nəsiminin “Etməgil” qəzəlinə yazdığı əsərinə çəkilmiş klipin təqdimatı oldu. Bu klipin süjetində də, Sevinc xanımın ifasında da bir özünəməxsusluq var.

 

Məlumdur ki, bu qəzəl 600 il əvvəl yazılıb. Klipin süjetində isə bu söz və ifadələrin mənasının 600 il yol gəlməsi və indinin özündə belə təmiz və təzə nəfəsi duyulur. İfaçının arxasında rəqs edən iki gənc məhz muasir dövrü canlandırır sanki. Bu da ona siraət edir ki, Nəsiminin fikirlərinin VI əsr yaşı olsa belə, onlar hər zamana uyğun gəlir.

 

Tədbirdə dəvət olunmuş qonaqların arasında xalq artistləri Xalidə Quliyeva, Mehriban Zəki, aktrisa Gülzar Qurbanova, gənc müğənnilər, Sevinc Ağasiyevanın dostları, Türkiyə səfirliyinin nümayəndələri və media işçiləri də var idi.

Çıxış edən Xalidə Quliyeva, Mehriban Zəki və digər qonaqlar Sevinc Ağasıyevanın əməyini yüksək qiymətləndirdilər və ona gələcək layihələrində uğurlar arzuladılar.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI