Ümummilli liderin ideyalarından güc alan mili mədəniyyətimiz

10:00 14-06-2023 | icon 667 | Siyasət
Ümummilli liderin ideyalarından güc alan mili mədəniyyətimiz

Könül İsmayılova: “Xoşbəxtəm ki, Heydər Əliyevlə bir epoxada yaşamaq mənə də nəsib olub”

 

“Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Xalqımızın mədəni həyatında yeni bir dövr isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli liderin dediyi kimi: - “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. - Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb”.

 

Bu fikirləri Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova versus.az-a ümummilli lider Heydər Əliyevin Azərbacan mədəniyyətinə diqqət və qayğısından danışarkən deyib.

 

“Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq”- deyən Könül xanım vurğuladı ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin:

 

“Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycan kinosunun da böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi”.

 

K.İsmayılova qeyd etdi ki, Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir.

 

Könül xanım ümummilli liderin görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında fikirlərinə də diqqət çəkdi. Bildirdi ki, Heydər Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşlərində çıxışları zamanı həmişə dahi ədiblərimizi Azərbaycanın qiymətli incilərindən sayıb və bu zənginliyimizin qədrini bilməyi, dəyərləndirməyi tövsiyyə edib:

 

“Ulu öndər deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”. Bəli, dəyərlərimizə hər zaman sahib çıxmalıyıq. Mədəniyyət siyasətinin qadir olduğu gücü danmaq olmaz. Yetər ki, bu siyasətin davamçısı məhz cənab İlham Əliyev kimi dövlətini, xalqını düşünən bir Prezident olsun”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər