Arzu edirəm “Get kimə istəyirsən şikayət elə” deyən məmurları susdurasınız

05:11 26-12-2019 | icon 1162 | Siyasət
Arzu edirəm “Get kimə istəyirsən şikayət elə” deyən məmurları susdurasınız

Prezident İlham Əliyevə orijinal doğum günü və Yeni İl təbriki

 

 

Əziz Prezidentim!

Doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Sizi təbrik edirəm! Sizə can sağlığı, böyük uğurlar arzulayıram!

 

Nəzərinizə çatdırmaq istəyirəm ki, 1-ci Vitse-prezidentimiz Mehriban xanımın ad günü münasibətilə yazdığım təbrikimdə elmimizin uçurum qarşısında olduğunu və elmimizin flaqmanı olan AMEA-da elmlər doktorlarının əmək haqlarının 1500 manat, elmlər namizədlərinin əmək haqlarının 1000 manata qədər artırılmasının və AMEA-nın aşınmış maddi-texniki bazasının yenilənməsi üçün 3 il müddətində hər il 100 milyon manat ayrılmasını xahiş etmişdim. Mən Sizə və Mehriban xanıma minnətdaram ki, elm büdcəsi bu il keçən illə müqayisədə 57 milyon manat artırıldı.

 

Arzu edirəm başladığınız islahatlar dövlətimizin iqtisadi qüdrətini artırsın və xalqımızın rifah halının yüksəlməsinə töhfələr versin!

 

Arzu edirəm korrupsiyaya qarşı apardığınız mübarizə davamlı olmaqla korrupsiyanın kökünü kəssin!

 

Arzu edirəm hüquqi islahatlar haqqında Fərmanınız tam şəkildə yerinə yetirilsin!

 

Arzu edirəm iqtisadiyyatımızın neft sektorundan asılılığını aradan qaldıra biləsiniz!

 

Arzu edirəm məmurların qanunları pozmaqla insanların hüquqlarını tapdalamasının qarşısını alasınız!

 

Arzu edirəm hakimlərin qanunları pozmaqla digər qanunsuzluqlara yol açmasına imkan verməyəsiniz!

 

Arzu edirəm Azərbaycanda “get kimə istəyirsən şikayət elə” terminini vəzifəli şəxslərin leksikonundan çıxara biləsiniz!

 

Nəzərinizə çatdırıram ki, məmurlara müraciət edən insanlar “get kimə istəyirsən şikayət elə” sözünü eşidən kimi böyük ümidlə məktublar və qəbullar yoluyla Sizə və  Prezident Administrasiyasına müraciət edirlər!

 

Prezident Administrasiyasında şikayətçiləri şöbə müdirləri yox, onların müavinləri, yaxud da sıravi işçilər qəbul edirlər.

 

Şikayətçiləri qəbul edən sıravi işçilər, yaxud şöbə müdirlərinin müavinləri şikayətçilərin müraciətlərini alayarımçıq şəkildə şöbə müdirlərinə məruzə edirlər.

Şöbə müdirləri onlara edilən məruzələr haqqında Sizə məlumat vermirlər.

Ona görə məmurlar və hakimlər istənilən şikayətçiyə nə xalqdan, nə Sizdən, nə də Allahdan qorxmadan çox rahat bir şəkildə “get kimə istəyirsən şikayət elə” deyirlər.

 

“Get kimə istəyirsən şikayət elə” deyən məmurlar yaxşı bilirlər ki, insanların Sizə yazdıqları müraciətlər Sizə təqdim olunmayacaq.

 

Vətəndaşların müraciətlərinin Sizə təqdim edilməməsi və Sizin özünüzün də çıxışınızda dediyiniz kimi məmurların “hər şey yaxşıdır”, “hər şey əladır” demələri Sizinlə insanlar arasında Sizin bilavasitə özünüzün yaratdığınız vəhdətin pozulmasına, dövlətimizin imicinin aşağı düşməsinə, insanların inamının sarsılmasına şərait yaradır.

 

“Get kimə istəyirsən şikayət elə” termininin kök salması, qol-qanad açması korrupsiyanın çiçəklənməsinə, qanunların tapdalanmasına, vətəndaşların hüquqlarının pozulmasına birbaşa şərait yaradır.

 

Prezident Administrasiyasının rəhbəri və şöbə müdirləri özləri insanları qəbul eləsinlər

 

Əziz Prezidentim!

Etinasızlıq mühitinin birdəfəlik yox edilməsi üçün Prezident Administrasiyasına müraciət edən insanları bilavasitə Sizin köməkçiləriniz olan şöbə müdirlərinin özlərinin qəbul etməsi zərurətə çevrilib. Mühüm müraciətlərlə bağlı Administrasiya rəhbərinin də qəbul günləri olmalıdır. Hamı Sizdən nümunə götürməlidir və bilməlidir ki, “xalqın xidmətçisi” olmalıdılar.

 

Mühüm müraciətlər Sizə məruzə edilməlidir.

Sizin və dövlətimizin reytinqinin və imicinin yüksəlməsinə töhfələr verən insanları bilavasitə Sizin qəbul etməyiniz isə ölkəmizdə qanunlara əməl edilməsinə, hüququn aliliyinə, insanların rifah halının yüksəlməsinə səbəb olacaq.

 

Əziz Prezidentim!

Bir daha Sizi ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə can sağlığı, Azərbaycanımıza Sizin rəhbərliyinizlə böyük uğurlar arzulayıram!

 

Dərin hörmət və ehtiramla,

“Müstəqil Ekspert Qrupu”nun rəhbəri,

Fizika-riyaziyyat elmləri doktoru, professor,
Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki,
ATEA-nın Beynəlxalq Rentgen medalı laureatı, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı Baş redaktorunun müavini,
Fizika elminə aid əksəriyyəti xaricdə çap olunan 120 elmi məqalənin müəllifi;
2008, 2013, 2018-ci illərin prezident seçkilərində və 2009, 2016-cı illərin referendumlarında Respublikamızın 18 şəhər və rayonlarında müşahidələr, monitorinqlər aparan, minlərlə insanları seçkilərə çağıran, sorğular keçirən və bu proseslərin hamısını yüzlərlə məqalələr şəklində mətbuatda çap etdirən

Qüdrət İsaqov

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı