MMP sədr müavini Prezidentin kadr islahatlarını dəstəkləyir

05:26 26-12-2019 | icon 368 | Siyasət
MMP sədr müavini Prezidentin kadr islahatlarını dəstəkləyir

Könül İsmayılova: “Özünü doğrultmayan kadrlar dəyişilməlidir”

 

Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bir çox məsələlərə toxunub. Ölkə başçısının yerli jurnalistlərlə görüşünü şərh edən Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova bildirib ki, dövlət başçısı müsahibəsində şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlərə göstərilən sosial xidmətin və sosial müdafiənin həm həcminin, həm də keyfiyyətinin yaxşılaşması məsələsi üzərində xüsusilə dayanıb:

 
 
“Məlumat üçün bildirim ki, bu ilin içərisində 5 mindən çox mənzillər tikildi və məcburi köçkünlərə dövlət tərəfindən hədiyyə olundu. Minə yaxın mənzillər Qarabağ əlilləri və şəhid ailələrinə hədiyyə olundu. Xüsusi olaraq qeyd edim ki, cənab Prezident ötən gün ad gününü şəhid ailələri, Qarabağ əlilləri ilə bir yerdə keçirdi. Həmin ailələri sevindirdi, onlara yeni mənzillərin və avtomobillərin açarlarını təqdim etdi. Cənab Prezident həmçinin müsahibəsində söylədi ki, bizim iqtisadi gücümüz artdıqca, sosial müdafiə tədbirləri daha da genişlənəcək, Azərbaycan xalqının sosial rifahı daha da yüksələcək və 2020-ci ildə əməkhaqqları, pensiyalar, müavinətlər yenidən artırılacaq və Azərbaycan xalqı sosial rifah içərisində yaşayacaq”.
 
 
Müasir Müsavat Partiyasının funksioneri onu da əlavə edib ki, Prezident də islahatçılığa önəm verir və bu sahədə yeni islahatların aparılacağı haqqında fikir bildirib:
 
"Danılmaz faktdır ki, Azərbaycanda idarəetmə orqanlarına olan tələblər artırılır və onların xalqla yaxınlığı cəmiyyətin problemlərinin həll edilməsində aktivliyi artırılır. Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ilk növbədə yeniliklər olmalıdır. Özünü doğrultmayan prinsiplər, həlqələr, yanaşmalar cəmiyyətimizdən silinməlidir, etimadı doğrultmayan kadrlar dəyişilməlidir. Bütün bunlar hamısı cənab Prezidentin siyasətində öz əksini tapıb və müsbət nəticələrini verir.
 
Biz partiya olaraq da dəfələrlə kadr islahatlarının aparılmasının vacibliyi haqqında ictimaiyyətə məlumatlar vermişik. Prezident dəfələrlə çıxışlarında bildirib ki, istənilən sahədə islahatlar aparılmalıdır, gənclərə üstünlük verilməlidir. Biz də bu fikrin vacib olduğunu təsdiqləyirik. Hesab edirəm ki, Milli Məclisdə və digər qurumlarda gənc kadrlara daha çox üstünlük verilməlidir”.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı