Tamilla Qulaminin canlandırdığı Ruh

05:41 26-12-2019 | icon 1008 | Köşə
Tamilla Qulaminin canlandırdığı Ruh

Bütöv Azərbaycan İdealı və Tərtər seçicisinin verəcəyi şans

İGİD TEYMURLU

 

ŞƏHİD BAXIŞLARININ DİKTƏSİndən, MÜHARİBƏ ƏLİLLƏRİNİN, QARABAĞ QAZİLƏRİNİN düşüncələrindən doğan bütün arzu və istəklər Tərtərdən millət vəkili olmaq ümidiylə yola çıxan dəyərli TAMİLLA XANIM QULAMİNİN ÇIXIŞLARINDA, DEBATLARINDA, PAYLAŞIMLARINDA ÖZ ƏKSİNİ TAPIB. O, həm də dəyərli İqbal bəy Ağazadənin başqanı olduğu ÜMİD Partiyasının əsas aparıcı simalarından biri...

 

Tamilla xanım siyasət meydanında haqq uğrunda, dövlətçiliyimiz və millətçiliyimizin qorunub saxlanılması amacıyla yorulmadan siyasət meydanında mübarizə aparan SAVAŞ ADAMIdır.

Tamilla xanımın söylədiklərindən bəlli olur ki, ömür vəfa qılsaymış TƏRTƏRDƏN OLAN ŞƏHİD SOYDAŞIMIZ FAMİL QULAMİ övlada Vətən uğrunda savaşı miras qoymayacaqmış. Amma nə yazıq ki,

 

"...ayaqlar izdən əvvəldi.
aylar dənizdən əvvəldi,
bu dünya bizdən əvvəldi,
Bəxt bizdən qabaq doğulur "...

 

Tamilla xanımın da bəxti özündən qabaq doğulubdur. Tale Şəhid soydaşımız Famil Qulamiyə erməni separatizminə son qoymaq üçün macal verməsə də, Şəhidimizin bu gül balası dədələrimizin bizə əmanət qoyub getdikləri yurd yerlərimizə sahib çıxmaq üçün var gücünü ortaya qoyub. Harada olmasından asılı olmayaraq, hansı vəzifə daşımasından asılı olmayaraq itirilmiş yurd yerlərimizin işğaldan azad edilməsi Tamilla xanımın fəaliyyətində əsas prioritetdir.

 

Bu gün Azərbaycan siyasətində Tamilla xanım Qulami kimi yurdsevərlərin mübarizliyi, qorxmazlığı adama Əhəməni hökmdarı Kirin başını kəsib susadığı qanla dolu tuluğa tullayan Tomiris Anamızın obrazını adamın gözünün önündə canlandırır. Eşq olsun bu gün Tomiris Anamızın Ruhunu əməllərində yaşadan belə gəncliyə!

Azərbaycanımız bu gəncliklə var olacaq, əziz tərtərlilər! Bütöv Azərbaycanımıza sahib çıxmaq istəyirsinizsə, 9 fevralda Tamilla Qulamiyə səs verin ki, şansımızı əldən qaçırmayaq. Tamilla Qulamiyə siz tərtərlilər ÜMİD KİMİ baxın! Necə ki, Qarabağ müharibəsinin aktiv fazasında dənizdən dənizə "Böyük Ermənistan" xülyasıyla Laçın rayonu ərazisinə gəlib işğalçı orduya rəhbərlik edən Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisini qanına qəltan edən qəhrəman 713 nömrəli taborun keçmiş döyüşçüləri də Tamilla xanım Qulamiyə ÜMİD KİMİ baxırlar.

 

Tamilla xanım da başqanı İqbal Ağazadə kimi Azərbaycan naminə Savaş Adamıdır!

9 fevral 2020-ci ildə səs verəcəyiniz Tamilla xanım Qulamiyə ÜMİD KİMİ, SEVGİ KİMİ baxın ki, torpaqlarımızı işğaldan azad etmək üçün keçmiş döyüşçülər bir şans əldə etsinlər.

 

"..mənə ÜMİD kimi bax, sinə gərim çətinə,
Mənə sevgi kimi bax, dönüm məhəbbətinə"!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı