Səhv diaqnoza görə kəllə sümüyünün yarısı götürüldü - FOTO

06:06 26-12-2019 | icon 471 | Maraqlı
Səhv diaqnoza görə kəllə sümüyünün yarısı götürüldü - FOTO

Qoyulan səhv diaqnoz səbəbindən keçmiş “Gözəllik kraliçası” ölümlə burun-buruna gəlib.

 

Bu barədə “Daily Mail” məlumat yayıb.

 

Bildirilir ki, ABŞ-ın Delaver əyalətində keçirilən gözəllik yarışmalarının keçmiş iştirakçısı, 35 yaşlı Sintiya Martinez hər zaman sağlam həyat tərzi sürüb. O, 14 yaşından 25 yaşına qədər gözəllik müsabiqələrində iştirak edib, bir neçə dəfə qalib gəlib, sonra isə münsiflər heyətinə qoşulub.

 

2018-ci ilin noyabr ayında Martinez beş yaşlı oğlu Brus ilə birlikdə dostlarını ziyarətə gələrkən orada huşunu itirib.

 

Hadisə yerinə gələn həkimlər səhvən onun narkotikin artıq istifadəsi ilə əlaqədar huşunu itirdiyini düşünərək, opiodların təsirini yatıran preparatın ikiqat dozasını vurublar. Hər şey bundan sonra başlayıb.

 

İlkin “tibbi yardımdan” sonra xəstəxanaya aparılan amerikalı dözülməz ağrıdan qışqırıb. Həkimlər ona beyin damarlarının anevrizması diaqnozu qoyaraq dərhal əməliyyata alıblar.

 

Əməliyyat uğurlu olsa da, bir neçə gündən sonra qadın insult keçirib, onda beyin şişi yaranıb. Bundan başqa, onda ağciyər iltihabı və qanın zəhərlənməsi başlayıb. Pasiyent çox zəifləyib. Bu azmış kimi başın bir hissəsi də iltihablanıb, nəticədə, qadının kəllə sümüyünün yarısı götürülüb. Həkimlər onun yaşayacağını düşünməyiblər.

 

Xoşbəxtlikdən bundan sonra vəziyyət düzəlməyə başlayıb.

 

Bir müddət son modelin kəllə sümüyü sintetik sümüklə bərpa edilib. Hazırda qadının vəziyyəti normal qiymətləndirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI