“Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimatı olub

22:08 27-12-2019 | icon 833 | Cəmiyyət
“Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimatı olub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində nəşr edilmiş “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının fiziki imkanları məhdud istedadlı şəxslərin də iştirakı ilə təqdimat tədbiri keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəsissələrinin sakinlərinin əl işləri də təqdim edilib.

 

Tədbir “Azərbaycan üçün oxu” layihəsi çərçivəsində xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırlanmış video çarxın nümayişi ilə başlayıb. Video çarxda şeir ziyalılar, o cümlədən bir sıra tanınmış fiziki imkanları məhdud insanlar tərəfindən səsləndirilir və ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bəndlə bitir.

 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.

 

Millət vəkili Qənirə Paşayeva tədbiri açaraq, gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətini, bu tədbirin də əsasında bu məqsədin dayandığını deyib.

 

Sonra “Vətən, Bayraq, Millət” şeirlər antologiyası təqdim olunub. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova kitab barədə məlumat verib.

 

Təşkilat tərəfindən nəşr etdirilmiş kitab gənclərimizdə vətənpərvərlik duyğularının gücləndirilməsinə, dövlət atributlarımıza daha çox sevginin aşılanması baxımından bir töhfə məqsədi daşıyır.

 

Vətənpərvərlik mövzularında ilk dəfə ən gözəl 100 şeirin antologiya şəklində toplandığı kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müəllifi olduğu şeirlər də yer alıb.

 

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirliyin həssas qruplarla, o cümlədən əliliyi olan şəxslərlə bağlı layihələrini, onların istedad və qabiliyyətlərinin yaradıcılıq potensiallarının aşkara çıxarılması və ictimaiyyətə tanıdılması üçün aparılan işləri qeyd edib. Bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərini diqqətə çatdırıb, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini vurğulayıb.

 

Sahil Babayev nazirliyin dəstəyi ilə ötən ilin dekabrında Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomunun, görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət “Zülməti dələn işıq” kitabının nəşr edildiyini deyib. O bildirib ki, eyni zamanda, nazirliyin sifarişi və dəstəyi ilə icra olunan layihələrin bir istiqaməti də Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkilinə xidmət edir. Bu istiqamətdə aparılan işlər də Milli Qəhrəmanlarımızın cəmiyyətdə daha yaxından tanıdılması ilə yanaşı, gənclərimizin vətənpərvərlik duyğularının gücləndirilməsinə öz töhfəsini verir.

 

Daha sonra əməkdar artist Anar Şuşalı “Ölkəm” mahnısını ifa edib.

Leyla Əliyevanın müəllifi olduğu “Zəhranın xatirəsinə” seiri əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında təqdim edilib.

Paralimpiya çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev, sağlamlıq imkanları məhdud istedadlı gənclərimizdən Mətanət Qudsi, fiziki imkanları məhdud idmançı, çempion Aynur Məmmədova, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu çıxış ediblər.

Fiziki imkanları məhdud şairə və aparıcı Zeynəb Nəcəfova öz şeirini söyləyib. Xalq artisti Gülyanaq Məmmədova, fiziki imkanları məhdud sənətçi Murad Sadıq vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

 

Tədbir zamanı fiziki imkanları məhdud şəxslərə bayram hədiyyələri təqdim edilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...