AMEA-nın I vitse-prezidentləri seçilib
AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.
Versus.Az xəbər verir ki, Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb.
O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər.
Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"