“Rusiya Azərbaycanı öz ərazi bütövlüyünü təmin etməyə çağırır”

16:41 24-04-2018 | icon 506 | Siyasət
“Rusiya Azərbaycanı öz ərazi bütövlüyünü təmin etməyə çağırır”

 

Qabil Hüseynli: “Aprel döyüşləri təkrarlana bilər”

 

“Moskva - Kreml İrəvanda ləng tərpəndi. Rusiya Sarkisyanın vəziyyəti qaydaya salacağına arxayın olaraq proseslərə müdaxilə edə bilmədi. Sarkisynın qəflətən istefa verməsi Rusiyanı çaş-baş vəziyyətə saldı”.

 

Bunu Versus.Az-a Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markovun Ermənistanın ABŞ-ın təsiri altına düşərək etibarsız müttəfiqə çevrilməsi ilə bağlı ehtimalı və Rusiyanın Dağlıq Qarabağ münaqişəsində üstünlüyü Azərbaycana verəcəyinə dair fikirlərini şərh edərkən bildirib.

 

Politoloq Markovun “Qarabağ klanı”nın gedişinin Qarabağ münaqişəsinin həllinə hansı təsiri göstərəcəyi, eləcə də onun  ““klanın”hakimiyyətdən uzaqlaşdırılmasının Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkan verir”- deməsinə də birmənalı yanaşmayıb:

 

“Rusiya bölgədə öz təsirini itirməmək və Ermənistanı tamamilə Qərbin sərəncamına verməmək üçün yeni planlar hazırlayır. Markov təbliğatçı kimi danışıb. Lakin Rusiyada bir çoxları Azərbaycanı sırf öz ərazi bütövlüyünü təmin etməyə çağırır. Rusiyadan edilən çağırışlar Azərbaycanın hücuma keçməsi, torpaqlarını azad etməyə başlaması ilə bağlıdır”.

 

Q.Hüseynlinin fikrincə, Azərbaycan müharibəyə başlasa Ermənistanda əks proseslər gedə bilər:

 

“Sarkisyanlar yenidən dirçələ bilər, Dağlıq Qarabağ “klanı” yenidən hakimiyyətə can atar və Rusiya burdakı təsir imkanlarını bərpa edər”.

 

Politoloq bildirib ki, Azərbaycan indiki şəraitdə Dağlıq Qarabağın hüdudlarından  kənarda hərbi əməliyyatlara başlamalıdır:

 

“Yəni aprel döyüşləri təkrar oluna bilər. Hərbi qüvvələrimiz müxtəlif istiqamətlərdə əməliyyatlar keçirib “Sərsəng” su ambarını ələ keçirib, Talış dağlarından irəliləyərək Xankəndinə yaxınlaşa bilər”.

 

Rusiyalı nümayəndənin “Kazan Formulu” ilə bağlı verdiyi mesajlara istinad edən politoloq hesab edir ki, Azərbaycan Dağlıq Qarabağın hüdudlarından kənarda olan torpaqların işğaldan azad olunması ilə kifayətlənməyəcək:

 

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və ona görə də torpaqlar tam azad olunmayana qədər rusların təklif etdiyi planı həyata keçirməyəcək. Azərbaycan Dağlıq Qarabağ da daxil olmaqla BMT-də təsdiq edilmiş ərazilərimizin tam bərpasına çalışacaq”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı