Vərəmə səbəb olan tozdan necə xilas olaq?

11:11 30-12-2019 | icon 324 | Sağlamlıq
Vərəmə səbəb olan tozdan necə xilas olaq?

Bir çoxumuz, evdə və ya iş yerində tozdan əziyyət çəkirik. Gündə bir neçə təmizlənməsinə baxamayaraq yenə də əşyaların üzərində toz təbəqəsinin yığıldığını müşahidə etmək olar.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, Toz zərrəcikləri müxtəlif tullantı və kiçik torpaq dənəciklərindən ibarət, cisimlərin üstündəki və ya havada asılı olan çox narın, pudraya bənzər maddədir. Tozun mənbəyi müxtəlifdir. Bura avtomobil bacalarından çıxan karbon qazından tutmuş metal qırıntılarınadək bir çoxunu aid etmək olar.
 
 
 
Bəs tozun insan sağlamlığına nə kimi zərərləri var?
 
 
Uzun müddət tozla nəfəs alındıqda insanda allergiya, asqıraq, öskürək, burun qıcıqlanması kimi narahatlıqlara yol aça bilər. Bəzi hallarda isə burun-boğaz və ağciyər narahatlığı olaraq özünü büruzə verəcək. Ancaq tozun bəzi növləri var ki, bir sıra xəstəliklərə yol aça bilər.
 
Bunlardan ən təhlükəlisi isə silikoz xəstəliyidir. Bu xəstəlik öz növbəsində vərəm və bronxit kimi xəstəliklərə səbəb ola bilər. Xəstəlik əsasən tikintidə, daş karxanalarında, torpaqla işləyənlərdə, şüşə sexlərində işləyən insanlarda daha çox rast gəlinir.
 
Orta hesabla 3 otaqlı bir mənzilə hər il təxminən 15 kq toz yığılır. Tozdan tamamilə qurtulmaq mümkün deyil. Lakin hər gün təmizləməklə onun daha da çox yığılmasının qarşısını almaq mümkündür.
 
 
Bu gün sizə evdən tozun təmizlənməsinin daha effektiv yollarını təqdim edir:
 
-Evdə mütləq bir texnika işləməlidir. Televizor, notebook və digər qadjetlər işlək vəziyyətdə olduqda, ətrafında maqnit sahəsi əmələ gətirir ki, bu da tozsoran rolunu oynayır.
 
-Efir yağları. Efir yağları otaqda olan xoş olmayan qoxularla mübarizə apararaq havanı təmizləyir. Ən yaxşı "təmizləyici” isə adaçayı, şam ağacı, çay ağacı bitkiləri hesab edilir. Adı çəkilən efir yağlarından bir neçə damcı şamın üzərinə damızdırın. Toz iyindən qurtulmaq üçün isə pambıq tamponu ilanq-ilanq yağına batıraraq, tozsaranın borusuna yerləşdirin.
 
-Divarları tozsoranlayın. Əgər divarları tozsoranlamasanız, o zaman hətta aparılan ən dərin təmizlik belə effekt verməyəcək. Ona görə ki, divarlara, əsasən də relyefli divar kağızları ilə örtülmüş olduqda külli miqdarda toz yığılır.
 
-Döşəməni təmziləməyin ən ideal yolu döşəmə taxtasına nəm əski keçirib silməkdir. Bu tozun daha yaxşı təmizlənməsinə və havaya qalxmamasına kömək olacaq.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF