Bədən temparaturu 39-40 dərəcəyə çatanda…

11:24 30-12-2019 | icon 2478 | Sağlamlıq
Bədən temparaturu 39-40 dərəcəyə çatanda…

Nərminə Abbasova: “Ağır hallarda zədələnmiş oynaq kisəsi cərrahi yolla aradan götürülür”

 

Bursit deyilən bir xəstəlik var ki, bir çoxumuzun bədəninin müəyyən hissələrində yaranır. Diz, dirsək, topuq, barmaq və sair.

 

 

Versus.Az bununla bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ilə həmsöhbət olub. Həkim-terapevt öncə onu bildirdi ki, oynaq kisəsi iltihabına bursit deyilir və bu, oynağa çox güclü təzyiq olduqda baş verir. Sadəcə olaraq bilmək lazımdır ki, istənilən hərəkət vətərlərin, bağların oynaq nahiyəsində bir-birinə nisbətən sürtünməsi ilə müşayiət olunur. Bu sürtünmə oynaqətrafı maye hesabına yumşaq olur. Bursit zamanı oynağa çox böyük güc düşdüyünü qeyd edən Nərminə xanımın sözlərinə görə, Bursit oynaqətrafı boşluğun travması nəticəsində baş verə bilər:

 

“Məsələn, basketbol oynadıqdan sonra fiziki gərginlik bursitə səbəb ola bilər. Bursit ən çox çiyin oynaqlarında yaranır. Bu zaman ağrı ciynin arxa tərəfində hiss olunur, sonra dirsək, bud, diz, topuq, dabanarxası nahiyədə qeyd olunur. Ən çox ağırlaşması infeksiyalaşmadır”.


Həkim-terapevt bildirdi ki, iltihab, oynaq nahiyəsində şişkinlik, hərəkətin məhdudlaşması, həmin nahiyədə dərinin qızarması və hərarətin qalxması bursitin simptomları sayılır. Həkim vurğuladı ki, bu zaman oynağa sakitlik verilməli, iltihabı azaltmaq üçun iltihabəleyhinə dərmanlardan istifadə edilməlidir:

 

“Əgər dirsək oynağı zədələnibsə həmin nahiyəyə elastik sarğı qoyulmalıdır. Soyuq və isti kompress növbə ilə qoyulduqda ağrını azaldır. Bu zaman oynağı yavaş-yavaş hərəkət etdirmək lazımdır.

Həkimin nə edə biləcəyinə gəlincə, biz oynaq mayesini analiz üçün punksiya edir, xəstəni rentgenə göndəririk. Oynağa tərpənməmək üçün şina qoyulur. İltihabı götürmək üçün iltihabəleyhinə, ağrıkəsici maddələr təyin olunur. Ağır hallarda zədələnmiş oynaq kisəsi cərrahi yolla aradan götürülür”.

 

Nərminə xanım deyir ki, xroniki bursit əksər hallarda uzunmüddətli qıcıq nəticəsində meydana çıxır. Əlamətlərinə gəlincə, zədələnmiş nahiyədə ağrılı, yumşaq, fluktuasiya edən şişkinlik olur:

 

“Şişkinliyin diametri 8-10 sm-ə çata bilər. Xəstə şişkinlik nahiyəsində olan ağrıdan, halsızlıqdan şikayət edir. Oynağın hərəkətliliyi bir qədər azalmış olur, bədən temperaturu yüksəlir. Fleqmonoz iltihab zamanı ətraf toxumalarda şişkinlik, həmin nahiyədə qızartı, güclü ağrı olur, bədən temparaturu 39-40 dərəcəyə çatır. Xroniki bursit zamanı yumşaq konsistensiyalı, məhdudlaşmış şişkinlik olur, üzərindəki dəri tərpənmir, dəyişikliklər yoxdur, ətrafın funksiyası pozulmayıb. Xroniki proses kəskinləşə də bilər. Bu zaman nahiyədə maye toplanması baş verir, bu da bəzən izolə olunmuş, içi maye ilə dolu hiqroma adlanan kistanın yaranmasına gətirib çıxarır”.


Həkim bildirdi ki, müxtəlif lokalizasiyalı bursitlər var. Bunlar çiyin, körpücükaltı, dirsək, bud-çanaq, diz, dizqapağı altı, aşıq-daban, pəncənin dərialtı bursitidir:

 

“Diaqnostika kliniki əlamətlər, punksiya, laborator analizlər, lazım gəldikdə rentgenoloji müayinə əsasında qoyulur. Müalicə kəskin bursit zamanı zədəli nahiyəyə sakitlik verilməli, bu növ və digər növ bursitlərdə antibiotik terapiya, boşluğun aseptik maddələrlə yuyulması göstərişdir. Kəskin bursit zamanı proqnoz zədələnmiş çantada patoloji dəyişiklilərin dərəcəsindən, yayılması, infeksiyanın yayılma imkanları, orqanizmin müdafiə sistemindən asılı olaraq dəyişir. Ağırlaşmaları isə artrit, osteomielit, çapıqlaşma, sepsis ola bilər”.


Nərminə xanım vurğuladı ki, profilaktikaya daimi travmatizasiyasını aradan götürmək, qoruyucu bağlardan istifadə etmək, sinovial çanta yaralarının ilkin antiseptik maddələrlə yaxşı işlənməsi, irinli xəstəliklərin vaxtında və rasional müalicəsi daxildir.

 

DİQQƏT!

Əgər Stomatit haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”