"2019-cu ili "siyasi inqilab" ili də elan etmək olar"

19:26 30-12-2019 | icon 657 | Siyasət
"2019-cu ili "siyasi inqilab" ili də elan etmək olar"

Ehtiram Mehtiyev: "2020-ci ildə bu inqilabi dəyişiklik Azərbaycan siyasətini cavanlaşdırmaqla yanaşı, ona yeni ab-hava gətirəcək"

 

"2019-cu ili dünya səviyyəli böyük şair və mütəfəkkir "Nəsimi ili" elan edilməsi həqiqətən də xoşməramlı təşəbbüs idi".

 

Bu sözləri 2019-cu ilin NƏSİMİ İLİ elan edilməsinə münasibət bildirən AXCP sədr müavini Ehtiram Mehtiyev deyib.

 

Sədr müavini qeyd edib ki, Nəsimi irsinin qorunub saxlanılması və 2019-cu ildə onun adına 650 mindən çox ağacın əkilməsini böyük humanitar missiyalardan biri saymaq olar. O, hesab edir ki, 650 min ağac əkmək təbiətə 650 min canlı varlıq bəxş etmək deməkdir.

 

"2019-cu ili eyni zamanda "siyasi inqilab" ili kimi də elan etmək olar" deyən Ehtiram Mehtiyev vurğuladı ki, 20 ildən çox səbirsizliklə gözlənilən Azərbaycan tarixində ən irimiqyaslı struktur, siyasi və kadr islahatları həyata keçirildi:

 

"Hesab edirəm ki, 2020-ci ildə bu inqilabi dəyişiklik Azərbaycan siyasətini cavanlaşdırmaqla yanaşı, ona yeni nəfəs, yeni ruh, yeni ab-hava gətirəcək.

Mən bütün soydaşlarımızı qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və Qələbə arzulayıram. Bayramınız mübarək olsun!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı