"Ən böyük diləyim Qarabağımızın işğaldan azad edilməsidir"
Əlabbas Məhərrəmli: "Hər birinizə can sağlığı, ailə xoşbəxtliyi və rifah arzulayıram"
"Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik və dünyanın əksər ölkələrində yeni təqvim ilinə - 2020-ci ilə keçid günüdür. Başa çatan 2019-ci il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında özünəməxsus iz buraxdı".
Versus.Az xəbər verir ki, bu sözləri Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən siyasi ekspert Əlabbas Məhərrəmli deyib:
"Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə doğulub, boya-başa çatdığım doğma Qubanı, rayonumuzun zəhmetkeş camaatını qeyd etməyə bilmərəm. Orta məktəbi bitirdikdən sonra Bakıda məskunlaşsam da, necə deyərlər, bir ayağım həmişə Qubadadır, hər imkanda rayonuma, doğmalarıma baş çəkməyi özümə borc bilirəm. Quba mənim üçün həm də artıq həmyerlilərimi millət vəkili qismində Azərbaycan Milli Məclisində təmsil etməyə iddialı olduğum, ilk dəfə 2015-ci il seçkilərində buna cəhd göstərdiyim rayondur. Yeri gəlmişkən, Quba camaatının 2015-ci il seçkilərində mənə verdikləri dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm.
Quba Ata ocağımın yerləşdiyi, qohum-əqrəbalarımın məskunlaşdığı, çox sayda dəyərli ailə dostlarımızın yaşadığı rayondur. Qubaya hər gedişimdə onlarla görüşməyi özümə borc bilirəm. Rayonumuz Azərbaycanın etnik baxımdan ən rəngarəng bölgələrindən biridir. Azərbaycanlılar, yəhudilər, ləzgilər, tatlar, Ahıska türkləri və başqa etnik toplumlar yüz illər boyunca qardaş kimi yaşayıblar və yaşamaqdadırlar. Əminəm ki, Qubadakı etnik toplumlar arasındakı qardaş münasibətlər daimi olacaq.
Mən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, ailə xoşbəxtliyi və rifah arzulayıram.
Ən böyük diləyim isə Qarabağımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır.
Allah bu arzularımızı həyata keçirsin, Amin!"
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"