“UZUN, İNCƏ BİR YOLDAYIZ”

10:45 01-01-2020 | icon 819 | Köşə
“UZUN, İNCƏ BİR YOLDAYIZ”

...VƏ BU YOL HƏMİN YOLDUR Kİ...

 

İGİD TEYMURLU

 

İllər ötəcək. Bütün yardımlılar ehtiyatda olan POLKOVNİK-LEYTENANT XAQANİ CƏFƏROVU, bütün tərtərlilər TAMİLLA xanım QULAMİNİ və Bakının Xətai rayonunun bütün seçiciləri elə həmin rayondan namizədliyi irəli sürülən ÜMİD Partiyasının sədri İQBAL AĞAZADƏni Milli Məclisə namizəd yox e, üzv olaraq seçdiklərinə görə Bütöv Azərbaycanın sevgisini bir daha qazanacaqlar...

 

Fərd olaraq mənim heç bir namizədə qarşı pataloji nifrətim yoxdur. Amma bəzən namizədlərin özləri sanki bu nifrətin formalaşmasına çalışırlar. Görürsən ki, Sabir Rüstəmxanlının kitablarından yurdsevərliyi, Vətən anlayışının nə olduğunu öyrənənlər Sabir bəyi ittiham obyektinə çevirməyə çalışırlar. Yaxud İqbal Ağazadə kimi bir siyasətçiyə qarşı saqqalda feyz axtaranı rəqib gətirib bu yazarın olan qalan nüfuzunu da darmadağın edirlər. Yaxud yurd uğrunda can qoyan, bu Vətənə tuşlanan güllələri öz cismində gəzdirən Xaqani Cəfərov kimi Qazilərə qarşı hətta müsahibinin sözünü belə yaza bilməyən, bundan çəkinən birisini namizəd kimi irəli sürürlər. Elə Tamilla xanımın özü də belə bir vəziyyətin tam ortasında....

 

Yardımlıda yaşamasam da, Tərtər kökənli olmasam da, Xətai rayonunda məskunlaşmasam da, amma keçmiş döyüşçü olaraq nəinki öz adımdan, bütöv 713 nömrəli hərbi hissəmizin sağ qalan döyüşçüləri adından bütün yardımlıları XAQANİ CƏFƏROVA, bütün tərtərliləri TAMİLLA QULAMİYƏ, bütün Xətai rayon seçicilərini İQBAL AĞAZADƏYƏ səs verməyə çağırıram. Qoy bu SAVAŞ ADAMLARININ SİMASINDA BÜTÖV AZƏRBAYCANIMIZ QAZANSIN...

 

Rauf Arifoğlunun mətbuatımızdakı rolunu qabartmağa çalışan dostlar onu İqbal Ağazadə səviyyəsinə qaldırıb Ümid Partiyasının sədriylə eyniləşdirəndə “dəli bir ağlamaq” keçir adamın könlündən. Əgər bu gün Rauf Arifoğlular hətta üsahibə götürdükləri siyasətçinin sözünü belə olduğu kimi təqdim etmək gücündə deyillərsə, ay əziz Xətai rayonundan, Tərtər rayonundan və Yardımlı rayonundan seçicilər, sabah bu adamlar parlamentdə təmsil olunanda sizlərin hansı dərdlərinizdən adnışa biləcəklər? Heç bunun fərqinə vardınızmı!? Raufarifoğlular Xaqani Cəfərov, İqbal Ağazadə, Tamilla Qulami kimi Söz və Əmələ söykənən Savaş Adamlarına qarşı adayanmaqla olan qalan nüfuzlarını da alt-üst etmiş olurlar. Və bu gerçəyin özüdür, heç də təkcə mənim gördüyüm qədər deyil. Hətta ən yaxşı halda raufoğlular parlamentə düşsələr belə bu “yüksəliş” onları cəmiyyətin gözündə daha da aşağılayacaq. Yeganə çıxış yolu bu adamların Savaş Adamlarına mane olmamasından keçir. Belə olacaqsa, Raufarifoğlular etiraf edəcəklərsə, onlar bu cəmiyyətin gözündə birə beş qat yüksələcəklər. Və bu, heç də nostradamusluq deyil, sadəcə olaraq, kiçicik bir rəy sorğusunun özü bunu deyir, əfəndilər! Adətən belə situasiyalarda döyüşçüdən həddindən artıq diqqət tələb olunur, çünki səhv addımların nə ilə nəticələnəcəyi bəlli. Məhz bunu nəzərə alaraq biz siyasi fəndlərin rəngarəngliyinin işığında deyil, birbaşa döyüşçü soyuqqanlılığına söykənərək hədəfləri düzgün müəyyənləşdirməklə Azərbaycanımızın xoş sabahı naminə "uzun, incə bir yoldayız". Bu YOL YARDIMLI RAYONUndan namizədliyini vermiş ehtiyatda olan POLKOVNİK LEYTENANT XAQANİ CƏFƏROVUN, TƏRTƏR RAYONUndan namizədliyi irəli sürülmüş, Bütöv Azərbaycanımızın Ümidlərindən olan çox dəyərli TAMİLLA XANIM QULAMİNİN, XƏTAİ RAYONUndan namizədliyi irəli sürülən ÜMİD PARTİYASINI SƏDRİ İQBAL AĞAZADƏnin "candan keçilər, yurddan vaz keçilməz" deyib qədəm qoyduqları MÜQƏDDƏS YOLdur...

 

Və bu YOL ucqar Yardımlıdan XAQANİ CƏFƏROVU Azərbaycanımız uğrunda döyüşlərə səsləmişdi, o da bu döyüşlərə atıldı, Aprel Qazisi olaraq millətin özünəgüvən hissini apaydın göstərib dövlət başçısı tərəfindən "İgidliyə görə" medalıyla təltif edildi..

 

Və bu Yol həmin Yoldur ki, illər öncəsi Tamilla xanımın rəhmətlik atası ŞƏHİD FAMİL QULAMİ də gözünü qırpmadan bu yurd uğrunda canını fəda etmişdi. İndi də Şəhid Qardaşımızın arzularını həyata keçirmək üçün Onun Gül Balası Tamilla xanım əyninə ƏSGƏR PALTARI geyib təklənən Azərbaycan uğrunda dünyaya savaş açıb...

 

Və bu Yol həmin Yoldur ki, 54 siyasi partiya rəhbərləri arasında yeganə sədr olaraq əlinə silah alıb erməni qəsbkarlarına qarşı döyüşən, hərb meydanından siyasi müstəviyə qədəm qoyan dəyərli İQBAL AĞAZADƏ indi də Xətai rayonundan olan seçicilərinə "mənə ÜMİD KİMİ bax, sinə gərim çətinə; mənə sevgi kimi bax, dönüm məhəbbətinə" deyib xalqın səsinin eşidilməsi uğrunda mübarizəyə qoşulub...

 

Əziz yardımlılar, əziz tərtərlillər və əziz Xətai rayonundan olan seçicilər, indi də söz sizindir: bu Vətən, bu Dövlət, bu Millət uğrunda göz qırpmadan döyüşə atılmağın tam zamanı. Və zatən dövlətimizin özü də bunun peşindədir.

Yarıtmaz fəaliyyətinə görə parlamentin buraxılması da bunun bariz nümunəsidir: sizlər XAQANİ CƏFƏROVA, TAMİLLA XANIM QULAMİYƏ VƏ İQBAL AĞAZDƏYƏ, ELƏCƏ DƏ BU KATEQORİYADAN OLAN SAVAŞ ADAMLARIna səs verin ki, Vətənimizə, Dövlətimizə, Millətimizə, Özümüzə, Sözümüzə sahib çıxa bilək. Fərd olaraq mən bütün yardımlıları, bütün tərtərliləri, Xətai rayonundan olan bütün seçiciləri, eləcə də bu rayonlardan olan Ümid Partiyasının bütün üzvlərini, bütün keçmiş döyüşçüləri, əlilləri, Şəhid ailələrini Xaqani Cəfərova, İqbal Ağazadəyə və Tamilla Qulamiyə səs verməyə çağırıram...

 

Düzgün seçim edilməlidir ki, Özümüzə sahib çıxaq. Qoy heç kim illər ötəndən sonra problemlər fonunda daşa “qonaq” olan başını qucaqlayıb “göy üzü, daş saxlamaz, atam balası: adam belə baş saxlamaz” faktıyla üz-üzə qalmasın....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin