Hanı sizin autizm sindromlu uşaqlara xidmət edən reabilitasiya mərkəzləriniz?

08:35 02-01-2020 | icon 976 | Köşə
Hanı sizin autizm sindromlu uşaqlara xidmət edən reabilitasiya mərkəzləriniz?

Atəşfəşanlığın işığında göz yaşları


İGİD TEYMURLU

 

Atəşfəşanlıq yapan məmləkətdə “xalqın xidmətçisi” olan zatlar, sizin AUTİZM SİNDROMLU UŞAQLARda olan fobiyalardan xəbəriniz varmı? Və ümumiyyətlə Sizlər AUTİZM SİNDROMLU UŞAQLARdan, onların AİLƏLƏRİNDƏN, onlara "GÖSTƏRİLƏN DÖVLƏT QAYĞISI"NDAN danışa bilərsinizmi?..

 

Xəbəriniz varmı ki, “Azərbaycanda hər doğulan yeddi uşaqdan biri autizm sindromlu olur – bilinmir ki, ya anadangəlmə, ya da sonradan qazanılan?!!

 

Bu gün Azərbaycanda fəaliyyət göstərən autizmli uşaqların reabilitasiya mərkəzlərində dərslərin (30 dəq) saatı 20 manatdır!

 

Bu gün autizmli uşaqların rebilitasiya mərkəzlərində əgər bir uşaq gündə 4 saat olmaqla həftədə 4 dəfə o mərkəzə gedirsə, bunun pulu 1360 MANAT EDİR, HADI RƏCƏBLİ!!!!

 

Bu gün autizm sindromlu uşaqların reabilitasiya mərkəzlərinə gəlib getməsi üçün heç bir ictimai nəqliyyat yoxdur, ay Allah evinizi yıxsın! Bu gün autizm sindromlu uşaqları o mərkəzlərə aparmaq üçün ictimai nəqliyyatdan istifadə etmək dəhşətli əzab və dəhşətli əsəb tələb etdiyindən valideyinləri taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar, ay Allah evinizi yıxsın!

Bu gün autizm sindromlu uşaqların həmin məşğələlər çərçivəsində taksi xidmətindən istifadə etməsini gün hesabı götürəndə və bunu aya vuranda 408 manat eləyir, ay Allah evinizi yıxsın!!!!

 

Bu gün autizm sindromlu uşaqların gündəlik yemək menyüsündə şirniyyata və “cipsi”lərə meyilliliklərindən, bu sadalananların qiymətlərindən xəbəriniz varmı, ay Allah evinizi yıxsın!

Günə 6 ədəd baharatlı “kreks” (biri 30 qəpikdən), 2 ədəd “Alpenqold” (biri 1 manat 20 qəpikdən) və 4 ədəd “cipsi”nin (biri 2 manat 10 qəpikdən) qiyməti düz 13 manat edir, ay Allah evinizi yıxsın!!!

 

Bu gün autizmli sindromlu uşaqların reabilitasiyası üçün ən yaxşı metodlardan biri onların həyat tərzlərində rəngarəngliyin olması əsas yerlərdən birini tutur. Yəni, uşağı bu gün bir teatroya aparmısansa, sabah yaxşı olar ki, futbola, o biri gün başqa bir gəzintiyə aparasan. Mən bunların qiymətini bilmirəm, bəs siz necə, heç bu gəzintilərin və mədəni istirahətin qiymətini bilirsinizmi, ay Allah evinizi yıxsın?!!

 

Bir autizm sindromlu uşağın evdə hansı oyunlardan çıxmasını və həmin sindromlu uşaqların valideyinləri üçün heç bir şərait yaratmamanızı bilirsinizmi, ay Allah evinizi yıxsın?!!

Bir autizm sindromlu uşağın anasına bilmirəm hansı məqsədləri önləmək üçün ayda 22 manat para verilməsindən xəbəriniz varmı, ay Allah evinizi yıxsın!!!

 

Bir autizm sindromlu uşağın 18 yaşından sonra nə işlə məşğul olacağından, hansı peşənin qulpundan yapışacağından, ən azından quru çörəklə qarnını necə doyuracağından heç xəbəriniz varmı, ay Allah evinizi yıxsın?!!

 

Bir autizm sindromlu uşağa ay ərzində gərəkən xərcin görünməyən və sadalamadığım tərəflərini heç demirəm, təkcə görünən tərəfini hesablayanda bunun cəmi 1781 manat eləyir, ay Allah evinizi yıxsın!!!

 

Milli Məclisdəki sosial siyasət komissiyası da qanunverici orqanın söz sahibi kimi autizmli sindromlu uşağa xidmətin müqabilində valideyinə 22 manat və uşağın özünə də 150 manat müavinət verir, ay Allah evinizi yıxsın!!!

Əgər bu yaxşıdırsa, onda qoy bu yaxşılıq elə sizlərə də nəsib olsun, inşəAllah!!!

 

Bəyəm bircə sizin qohum əqrəbalarınızın toyu olur, bəyəm bircə sizin qohum əqrəbalarınız ölür, bəyəm bircə sizlər və sizin uşaqlar geyinməlidir, bəyəm bircə sizlər və sizin uşaqlar təhsil haqqına, səhiyyə haqqına, mədəni istirahət haqqına malikdir, ay Allah evinizi yıxsın?!!

 

Sizin uşaqlar istəsə ayı kəsib yeyə bilər, amma bizimkilər yalxı su qaynadılan qazana gözlərini dikib yuxuya getməlidir, öyləmi?! Sizin uşaqlar istəsə dünyanın dörd bir küncündə kef çəkə bilər, amma bizmkilər hətta yaxın rayonlarda olan dədələrinə, nənələrinə baş çəkmək imkanında ola bilməzlər, öyləmi?!

 

Sizin uşaqlar üçün Vətən anlamı harada kefin sazdırsa ora olmalıdır, amma bizimkilər üçün “döyüş alnımıza yazılıb” kriptoqramması əsasdır, öyləmi?!

 

Hanı sizlərin dövlət hesabına autizm sindromlu uşaqlara xidmət edən reabilitasiya mərkəzləriniz? Nədən bu reabilitasiya mərkəzlərində autizm sindromlu uşaqlara dərs deyən loqopedlərin, defektoloqların, psixoloqların, əmək və idman müəllimlərinin, bu uşaqlara gündəlik yaşam qaydalarını öyrədən təlimçilərin əmək haqları birbaşa dövlət tərəfindən ödənilmir?

Bəyəm bu uşaqlar Azərbaycan vətəndaşı deyillər? Bu uşaqlara hansı dövlət sahib çıxmalıdır, əfəndilər? Bəs deyirsiniz ki, “Azərbaycan Cənubi Qafaqazın ən inkişaf etmiş ölkəsidir”. Gedin baxın bu konuda qonşu Gürcüstan, Rusiya, Türkiyə nümunəsinə və özünüzdən utanmayacaq dərəcədə böyük olub Azərbaycanı bu məsələnin həllində bir labirintə soxmanızdan danışın....

 

Bu gün belə atəşfəşanlıqların işığında autizm sindromlu uşaqlarının valideyinlərinin göz yaşları parıldayır. Onlar da sizin kimi valideyinlərdir. Və bu valideyinləri mağmun duruma saldığınız üçün gücləri çatan göz yaşlarını gilələyib sizə yox, Allahın Özünə doğru atırlar. Siz o valideyinlərə zülm etməklə Allaha asi olmusunuz, Allaha! Autizm sindromlu uşaqlara laqeyd münasibət bəsləməklə asi olduğunuz Allahdan qorxun...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin