MMP-nin parlament seçkilərinə namizədlərinin seçki dairələri bəlli oldu

09:19 02-01-2020 | icon 1090 | Siyasət
MMP-nin parlament seçkilərinə namizədlərinin seçki dairələri bəlli oldu

Namizədlər imzatoplama kampaniyasına başladılar

 

Müasir Müsavat Partiyasının funksionerlərinin növbədənkənar Parlament seçkilərinə hansı dairələrdən namizədliklərini vermələri bəlli olub.

 

Bu barədə MMP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumatda bildirilir.

 

Qeyd edilir ki, MMP sədri Hafiz Hacıyevin 101 saylı Göygöl Daşkəsən dairəsindən namizədliyi irəli sürülüb. Artıq imza vərəqələri götürülüb və imzaların toplanması prosesinə başlanılıb.

 

MMP sədr müavini Könül İsmayılovanın Bakı şəhər Binəqədi rayonunda, 10 saylı dairədən namizədliyi qeydə alınıb.

 

MMP-nin digər sədr müavini İbrahim Həsənov İsmayıloviçin namizədliyi isə Balakən 109 saylı dairədən namizədliyi irəli sürülüb.

 

Mətbuat xidmətinin məlumatında bildirilir ki, partiyanın digər namizədləri də imza vərəqələrini artıq götürüblər.

 

Partiyanın Mətbuat Xidmətindən o da bildirildi ki, MMP-nin Bakıdan iki namizədi var. Onlardan biri də keçmiş Baş prokuror Əli Ömərovun oğlu Zaur Ömərovdur. Z.Ömərov MMP-nin Gənclər Təşkilatının sədridir, 32 saylı Suraxanı dairəsindən namizədliyini irəli sürüb.

 

MMP sədr müavini Könül İsmayılova seçkiyə hazırlıq qərərgahını yanvarın 1-dən MMP-də açıq elan edib və imzatoplama kampaniyasına başlayıb. Xanım siyasətçi qurduğu komanda ilə birgə imzatoplamaq üçün evlərə gedir, görüşlər keçirir.

Qeyd edək ki, digər namizədlərin də hər birinin namizəd olduqları rayonlarda seçki qərərgahları yaradılıb.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı