Azərbaycanda qadınların daha çox törətdiyi CİNAYƏTLƏR

10:04 04-01-2020 | icon 305 | Hadisə
Azərbaycanda qadınların daha çox törətdiyi CİNAYƏTLƏR

Azərbaycanda qadınlar daha çox dələduzluq, oğurluq kimi cinayət əməlləri törədirlər.

 

Versus.Az xəbər verir ki, 2000-ci ildə Azərbaycanda cinayət törədən qadınların sayı 2018-ci ilə nisbətən çox olsa da, dələzduzluq edənlərin sayı az olub. 2000-ci ildə 91, 2018-ci ildə isə 151 qadın dələduzluq edib.

 

Ötən müddətdə oğurluq edən qadınların da sayı artıb. 2000-ci ildə 89 qadın oğurluq kimi cinayət əməli törətdiyi halda, 2018-ci ildə onların sayı 135-ə yüksəlib.

 

Bundan başqa, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan qadınların da sayı çoxalıb. 2010-cu ildə 4, 2018-ci ildə isə 40 qadın bu cür cinayət əməli törədib.

 

Ötən müddətdə qadınların narkotik vasitələrin təsiri ilə cinayət törətməsi, eyni zamanda xuliqanlıq etməsi halları azalıb. 2010-cu ildə narkotik vasitələrin təsiri ilə 186, 2018-ci ildə 43 qadın cinayət törədib. 2010-cu ildə 122 qadın xuliqanlıq törətdiyi halda, 2018-ci ildə onların sayı azalaraq 45-ə enib.

 

Ümumilikdə cinayət törədən qadınların sayına gəldikdə, Azərbaycanda 2018-ci ildə cinayət törətmiş qadınların sayı əvvəlki illə müqayisədə artıb. 2018-ci ildə ölkədə 1 022 qadın cinayət törədib ki, bu göstərici 2017-ci ildə 963 olub.

 

Cinayət törətmiş qadınların sayı 2005 və 2010-cu illərdə daha yüksək olub.

 

2000-ci ildə cinayət törətmiş qadınların sayı 1 180 olduğu halda, 2005-ci ildə onların sayı daha da çoxalaraq 2 520-ə yüksəlib.

 

2010-cu ildə cinayət törədən qadınların sayı 2005-ci illə müqayisədə nisbətən azalsa da, göstərici yenə yüksək olub. Həmin ildə 2 318 qadın cinayət törədib.

 

2015-ci ildə cinayət törədən qadınların sayı 1 128-ə, 2016-cı ildə 1 036-a enib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı