“Niyə hələ də tək olduğumu bilmirəm”

11:19 04-01-2020 | icon 690 | Mədəniyyət
“Niyə hələ də tək olduğumu bilmirəm”

Hər bir gözəl xanım kimi mən də evlilik təklifləri alıram.

 

Versus.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu tarzən Humay Qədimova deyib. 

 

“Bir dəfə ad günümdə maqazin verilşlərindən birində barmağımda üzük gördülər. Amma o üzüyün heç bir mənası yox idi. Məndən xahiş etdilər ki, o üzük məsələsini qalmaqal etsinlər. Yalnız o zaman elə bir söhbət olub”,-deyə H.Qədimova əlavə edib.

 

Onun sözlərinə görə, şəxsi həyatı və həyatında kiminsə olması haqqında danışmağı sevmir.

“Ümumiyyətlə, biz Allahdan çox bilə bilmərik. Qismət deyilən bir şey var. Hərdən rəfiqələrimin yanında bu barədə danışan da hər şeyi Allahın üstünə atdığımı deyirlər (gülür). “Səndən hərəkət, məndən bərəkət” deyilən bir deyim var. Amma niyə hələ də tək olduğumu bilmirəm. Yəqin ki gecikmək Allahın gələcək üçün bir mükafatı ola bilər. Özümün də gecikdiyini bilirəm. Ancaq mənim özümdən də asılı olan bir şey deyil”.

 

Tarzən deyib ki, Azərbaycan xanımları gözəl, baxımlı, xoş sözlərə layiqdir.

“Əlbəttə ki, gözəllik olan yerdə subay qızlara evlillik təklifləri olur. Təbii ki, mənə də olur. Amma zorla gözəllik olmur”, - deyə tarzən bildirib.

 

H. Qədimova indiki həyatından məmnun və çox xoşbəxt olduğunu qeyd edib:

“Çünki heç kəsdən asılı deyiləm, umacağım bir şey yoxdur, gözəl sənətim və ailəm var. Hazırda da qardaşımın ailəsi ilə birgə yaşayıram. Hər şey qaydasındadır. Sənətimlə bağlı ruzum var. Niyə narazı olum ki? Həyatımdakı hər şeylə xoşbəxtəm. Biz bir çox insanın hansı vəziyyətdə yaşadıqlarını görürük. Bizim yerimizdə olmaq istəyənlər var. Ona görə də bu günümüzə şükür etməliyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI