Astaranın qədim müalicəvi hamamının təmirə ehtiyacı var - VİDEO

11:23 04-01-2020 | icon 810 | Mədəniyyət
Astaranın qədim müalicəvi hamamının təmirə ehtiyacı var - VİDEO

Astarada qorunaraq bu günümüzə qədər gəlib çıxan tarixi abidələr sırasında hamamlar da var. Belə tarixi hamamlardan biri də Ərçivan qəsəbəsində yerləşən Kərbəlayi Həmid Abdulla hamamıdır. 

 

 “O olmasın, bu olsun” bədii filmindən bu səhnə yəqin ki, hamının yadındadır:

- Yayın istisində harada sərinlənmək olar?

- Hamamda.

- Qışın soyuğunda harada qızınmaq olar?

- Hamamda.

 

Hamam mədəniyyəti lap qədimdən məişətimizin ayrılmaz hissəsi olub. Cənub bölgəsində onlarla belə tikili var. Hamamlardan ən qədimi isə Astaranın Ərçivan qəsəbəsindədir. Bu hamam 1806-cı ildə Kərbəlayi Həmid Abdulla tərəfindən tikildiyi üçün elə onun adını daşıyır. 8 günbəzdən ibarət olan hamam yumurta sarısı və ocaq külünün qarışığından hazırlanan məmulatla çiy kərpicdən tikilib. Hamamda həftənin iki günü qadınlar, qalan günlər isə kişilər çimirmiş.

 

Baku TV əməkdaşları hamamın indiki vəziyyəti ilə maraqlanmaq üçün orada olub.

 

Hamamın mühafizəçisi Baloğlan Xudadadov bildirib ki, hamamda qazanxananın 2 metr, yuyunma yerinin isə 1.5 metr dərinlikdə olması diqqət çəkir:

“Hamamı isitmək üçün, əsasən, odundan istifadə edilib. Tüstünün çölə çıxdığı kanallar hamamın hücrələrindən birinin döşəməsi boyu keçərək əlavə isitmə funksiyasını da daşıyıb.

Bu hamam karvan yolunun üzərində yerləşdiyindən buradan yorğun səyyahlar və tacirlər də yararlanıb. Hamam ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Bu hamamın işıqlanma sisteminə gəlincə, günbəzlərin tikilməsi işıqlandırma üçün olub. Gecələr isə şam işığından istifadə edilib".

 

Qəsəbə sakini Əsədulla Musayev hamamın müalicəvi əhəmiyyətli olduğunu qeyd edib:

“Hər kəsin evində hamam var. Amma bu hamamın müalicəvi əhəmiyyəti var. Ağrıları olan yaşlı insanlar gəlib burada müalicə olunurdu. Çünki bu hamamda istidən nəfəs almaq mümkün olmurdu”.

 

Qeyd edək ki, Şərq üslubunda tikilən və ötən əsrin sonlarına kimi fəaliyyət göstərən hamama 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə tarixi abidə statusu verilib. Hamam uzun müddət təmir olunmadığı üçün günbəzlərindən bir neçəsi dağılıb. Tariximizin bir parçası olan bu qədim mədəniyyət nümunəsinin indi əsaslı təmirə ehtiyacı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı