"İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır"

13:06 04-01-2020 | icon 310 | Dünya
"İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır"

İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır.

 

Versus.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin yaydığı bəyanatda bildirilir.

 

Bəyanatda Aİ-nin İran və ABŞ-ı təmkinli olmağa çağırması yer alıb:

"Aİ bütün iştirakçıları və təsir gücünə malik tərəfdaşları maksimum təmkinli və məsuliyyətli olmağa çağırır. Əks təqdirdə İraqda sabitliyin bərpası üçün göstərilən səyləri təhlükə altına ata bilər. Davam edən eskalasiya bütün regionu təhdid edir. Yaxın Şərqdə vəziyyətin sabitləşməsi istiqamətində uzunmüddətli həll yolları təklif etmək üçün daha çox dialoq və qarşılıqlı anlaşmanı artırmaq vacibdir. Aİ gərginliyi azaltmaq və münaqişənin dinamikasının zəifləməsinə töhfə vermək üçün bütün tərəflərlə işləməyə hazırdır".

 

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI