Tarixi yaradan savaş adamları, bir də onu yazanlar

09:22 06-01-2020 | icon 1659 | Köşə
Tarixi yaradan savaş adamları, bir də onu yazanlar

Siyasətin "razrez"li donundan və yanlış fətvalardan qurtulma düsturu

İGİD TEYMURLU

 

Bir Qasım Süleymaninin öldürülməsilə həm də Azərbaycandakı mollakratiya pejiminin gizli şəbəkəsinin iç üzü apaydın göründü. Və bu görüntü bütövlükdə dövlətçiliyimiz üçün bir təhlükədir. Sual olunur, mollakratiya rejimi bunca əzadar xəfiyyəni yetişdirəndə bizim xüsusi xidmət orqanları hara baxıb? Kim qarant verə bilər ki, bu gün bir Qasım Süleymani üçün məscidlərdə əza saxlayanlara sabah Qumdan gələn fətvada verilən tapşırıqlar Azərbaycanda gerçəkləşdirilməyəcək?

 

Bu məsələyə münasibətdə siyasi mövqeyindən asılı olmayaraq hər kəs Azərbaycanın nicatı naminə birgə hərəkət etməli, məmləkəti casus şəbəkəsindən təmizləməliyik.İçimizdə bunca əzadar xəfiyyə mövcuddursa, demək ki, heç Azərbaycan İnsanının Özü güvənc altında deyil. "Müharibə şəraitində yaşayan ölkə" olaraq Azərbaycanda növbədənkənar parlament seçkisində Azərbaycan İnsanı SAVAŞ ADAMLARIna üstünlük (məsələn, Yardımldan XAQANİ CƏFƏROV, Xətayidən İQBAL AĞAZADƏ) verib ONLARI MEYDANA SƏSLƏYƏCƏKLƏRSƏ, bax onda xilasımıza doğru gedən Yolda birinci addımı atmış olacağıq. Çünki XAQANİ CƏFƏROV DA, İQBAL AĞAZADƏ DƏ BİR SAVAŞ ADAMI, QNLI DÖYÜŞLƏRİN ODUNUN, ALOVUNUN İÇİNDƏN KEÇİB GƏLƏN İNSANLAR, ÖLÜMÜN ÖZÜNÜ BELƏ ADLAYARAQ TARİX YARADANLAR. Ancaq şəxsinə çox böyük hərmət bəslədiyim tarixçi professorumuz MUSA QASIMLI isə elm aləmində Azərbaycanımıza daha böyük uğurlar verə bilər.

 

Xaqani Cəfəovla eyi dairədən namizədliyini verib lap seçilərsə belə bu Adam tarixçi kimi də yaddaşlar həkk olunan səviyyəsinə xələlə gətirəcək. Bir deputat kimi Musa Qasımlının fəaliyyəti artıq keçilmiş tarixdir. Və Musa müəlimin fəaliyyətinə o illərin işığında baxanda ortalıqda kənardan görünən heç biri işi yoxdur. Amma Musa müəllimin arxivlərdən üzə çıxara biləcəyi sənədləri biz emənilərin gözünə soxa bilərik. Deputat olacaqsa, Musa Qasımlı bunu edə bilməyəcək. Yox bunu edəcəksə, seçicinin bütün arzu və istəkləri elə yerindəcə sayacaq.

 

Eləcə də Rauf Arifoğlu. Rauf bəy onsuz da mətbuata Zəradbi ənənələrinə zidd olan söyüş, qarğış, şər, böhtan, iftira janrını gətirib, mətbuatı siyasətin quyruğuna bağlayıb. İndi də İqbal Ağazdə kimi Savaş Adamına qarşı dayanmasıyla Arifoğlu siyasətəin özünə də AYIBLARI ÇÖLDƏ QOYAN "RAZREZ"Lİ DON BİÇMƏKLƏ MƏŞĞULDUR. ARİFOĞLU ÖZ NAMİZƏDLİYİNİ GERİ GÖTÜRMƏYƏCƏKSƏ, SİYASƏT ADAMLARI BÜTÜN ZAMANLARDA "YAHU, SİYASƏT BUDURMU Kİ!?" SUALIYLA ÜZ-ÜZƏ QALACAQ.

 

Bu baxımdan fərd olaraq mən məni tanıyan və tanımayan bütün dostlarımı, həmkəndlilərimin hər birini nəinki öz adımdan, bütövlükdə 713 nömrəli taborun sağ qalan bütün döyüşçülərinin də adından növbədənkənar parlament seçkisində ancaq və ancaq SAVAŞ ADAMLARIna səs verməyə çağırıram! Məmləkətimizin sabahı naminə SAVAŞ ADAMLARIna səs verək ki, İran-İraq müharibəsi zamanı türkləri göstərərək "qoy öndə bu eşşəklər getsin" deyən bir şovinist general üçün əza saxlayanlar Azərbaycanı yanlış fətvaların qurbanına çevirə bilməsinlər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin