Məşhur türkiyəli müğənni Bakıdakı evində konsert verir - AÇIQLAMA

17:44 06-01-2020 | icon 388 | Mədəniyyət
Məşhur türkiyəli müğənni Bakıdakı evində konsert verir - AÇIQLAMA

Azərbaycan millətini, onların mehribanlığını çox sevirəm. Çünki insanlarınız bir işi ürəklə, sevgi ilə yerinə yetirirlər. Məsələn, uzun illər Avropada yaşadım. Ancaq orada insanların bu qədər mehriban olduğunu görmədim. Nə vaxta kimi Azərbaycanda qalacağımızı bilmirəm. Amma burada yaşadığım illəri unutmayacağam.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Türkiyənin məşhur opera müğənnisi Oya Ergün deyib.

 

“Səkkiz ildir Azərbaycanda yaşayıram. Həyat yoldaşım Azərbaycandan gələn iş təklifini altı aylıq qəbul etmişdi. Amma buranı sevdiyimiz üçün qaldıq. Azərbaycanda yaşadığımız üçün xoşbəxtik”, - deyə O.Ergün əlavə edib.

 

Sənətçi bildirib ki, bəzən Azərbaycan dilində danışmaq çətin olur.

“Ancaq başa düşməkdə çətinlik çəkmirəm. İlk gəldiyimiz zaman bir çox sözlərdə əziyyət çəkirdik. Çünki bizim dilimizdə olan sözlərin çoxunun mənası Azərbaycan dilində tam başqa cür olurdu. Cümlələr fərqli başa düşülürdü. İndi isə heç bir problem yoxdur.

Azərbaycana gəldiyim gündən sənətimi burada da davam etdirirəm. Öz şəxsi evimdə hər ay konsertlər verirəm. Özüm də konsertlərdə solist olaraq çıxış edirəm. Ölkənizin tanınmış musiqiçiləri konsertlərimdə iştirak edir. Həmçinin, istedadlı gənclərə də şərait yaradırıq.

Azərbaycandan öncə səkkiz il xaricdə yaşamışam.  Ona görə də uzun illərdir Türkiyədən uzaqdayam. Amma bu ideya Avropada ənənə halını almış bir adətdir. Uşaqlığımdan musiqiçi bir ailədə böyümüşəm. Ona görə də ev konsertlərinə alışmışam”, - deyə opera müğənnisi bildirib.

 

O.Ergün Tofiq Quliyev və Rəşid Behbudovu sevdiyini qeyd edib:

“Azərbaycan musiqilərdən ibarət geniş repertuar hazırlamışam. Hətta sizin musiqilərdən ibarət konsert belə vermişəm. Ən sevdiyim bəstəkar Tofiq Quliyevdir. Qara Qarayev və Üzeyir Hacıbəylinin də musiqilərinə qulaq asıram. Amma ifaçılardan da çoxunu tanıyıram. Rəşid Behbudov isə mənim üçün ən önəmli ifaçıdır. Hətta onun mahnılarından ibarət “Sevgilim” adlı albom hazırlamışam. Müasir müğənnilərinizdən də çoxunu tanıyıram. Kiminsə adını çəksəm, o biriləri inciyə bilər. Çoxu dostumdur”.

 

Məşhur müğənni ən çox ət və göy qutablarını sevdiyini, hətta özünün də bu təamları hazırladığını vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı