Mədə xərçəngi cavanlaşır

17:51 06-01-2020 | icon 739 | Sağlamlıq
Mədə xərçəngi cavanlaşır

Mədə xərçəngi yaşlı insanla gənc insanda fərqlənir və demək olar, gedişatı, simptomları, proqnozu müxtəlifdir.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, ABŞ Mayo Universitetinin alimləri yeni tədqiqatlarında mədə xərçənginin indi daha çox gəncləri hədəfə aldığını sübut edib.
 
 
55 yaşına kimi mədə xərçənginin kliniki təzahürü, əlamətləri yaşlı insanlardan xeyli fərqlənir.
 
 
Tədqiqatın nəticələri göstərib ki, xəstə nə qədər gənc yaşda mədə xərçənginə tutulursa, onun simptomları bir o qədər gec özünü göstərir, tez yayılır, sürətlə kəskinləşir və standart müalicələrə az tabe olur.
 
 
Statistika maraqlı rəqəmlər göstərir: son 15 ildə yaşlı insanlar arasında mədə xərçəngi azalıb, gənc yaşda, yəni 50 yaşa kimi rast gəlinmə isə artır.
 
 
Bu isə həyəcan təbili çalmağa yetərlidir. Çünki mədə xərçəngi şiş xəstəliklərinin ən ağırıdır, gec diaqnoz olunur, yalnız endoskopik və biopsiya ilə aşkarlanır. 40 yaşına kimi mədənin endoskopik müayinəsindən keçməyənlər isə ümumiyyətlə orda nə baş verdiyindən xəbərsiz olur.
 
 
Mayo Universitet alimləri 1973-2015-ci illər dövrü üçün 75 225 nəfər mədə xərçəngi xəstəsinin məlumat bazasını təhlil edib. Hazırda mədə xərçəngi üçün yaşlı adamlarda orta yaş 66-68 yaşdır. Amma bu yaşda diaqnoz olunanlar azalır, amma 35-55 yaş arasında xəstələnənlər isə artır.
 
 
Hər 3 nəfər mədə xərçəngi aşkarlanan xəstənin 1-i gənc yaşda xəstədir.
 
Mədənin universal skrininqi və çek apı yoxdur. Ona görə gənc adamlarda 1-2-ci mərhələdə aşkarlanması mümkün deyil. Gənc adamlar güclü olur, başı işə, gündəlik həyata alışır, yeyir, içir və şiş əlamətlərini başqa xəstəliklərə yozur və fikir vermir.
 
 
Yaşlı adamlarla gənclərdə olan mədə xərçəngi molekulyar səviyyədə də fərqlənir. Mütəxəssislər mədə xərçənginin gəncləşməsində genetik amillərdən çox, ətraf mühit, alkoqol və içkinin rol oynadığını bildirir.
 
 
Ona görə alimlər mədənin endoskopik müayinəsinin vacibliyini 40-50 yaşda yox, daha irəli çəkməyi vacib hesab edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI