Uğurlu Horadiz əməliyyatı

06:35 07-01-2020 | icon 464 | Qarabağ
Uğurlu Horadiz əməliyyatı

Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 26 il ötür.

 

Versus.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin komandanlığı altında 1993-cü ilin dekabrından başlayaraq yanvarın 6-dək davam edən əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.

 

1993-cü il oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi ələ keçirmiş, bununla da Zəngilan rayonu ilə əlaqəni kəsmişdilər. Lakin həmin ilin dekabrında erməni silahlı dəstələri Füzuli şəhərinin şərq istiqamətində hərəkət etməyə cəhd göstərsələr də, güclü müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur oldular. Bundan sonra Azərbaycan Ordusu üç istiqamətdə hücuma keçdi. Dekabrın 15-də Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə – Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər - hücuma keçdilər. Bu hücum erməniləri Ağdərənin bir sıra yaşayış məntəqələrini tərk etməyə məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri Dağlıq Qarabağın cənub-şərqində, Beyləqan rayonundan gəlirdi. Hərbçilərimiz düşmənin müdafiəsini dağıdaraq top və raket zərbələri altında Füzuli rayonunun daxilinə irəliləməyə başladılar. 1994-cü il yanvarın əvvəlində hərbçilərimiz 11 qəsəbə və Azərbaycan-İran sərhədi boyunca 40 km uzunluğunda ərazini ələ keçirdilər.

 

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada yanvarın 5-də bir gün ərzində qənimət kimi 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürdü. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkildi.

 

Yanvarın 6-da 702-ci alay düşmənin müqavimətini qıraraq qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsində yerləşən Horadizə daxil oldu, qəsəbəni, Horadiz dəmiryol stansiyasını və Araz çayı üzərində strateji Xudafərin körpülərini ələ keçirdi, Horadizə Azərbaycan bayrağını sancdı.

 

Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, ümumilikdə 21 min hekrat ərazi Azərbaycanın nəzarətinə keçdi.

 

Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat oldu. Əməliyyat zamanı misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi