Əlisahib Hüseynovun namizədliyi təsdiqləndi

20:34 07-01-2020 | icon 1479 | Gündəm
Əlisahib Hüseynovun namizədliyi təsdiqləndi

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovun 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyası (DSK) tərəfindən namizədliyi qeydə alınıb.

 

Bu barədə Versus.Az-a partiyanın mətbuat xidmətindən bildirilib.

 

Əlisahib Hüseynov "Facebook"dakı şəxsi səhifəsində ona imza verən Zəngilan-Qubadlı məcburi köçkünlərinə təşəkkürünü ifadə edib.

 

Deputatlığa namizəd həmçinin, öz seçki qərargahının üzvlərinə və DSK-nın nümayəndələrinə də minnətdarlığını bildirib və seçki təbliğat-təşviqat kampaniyasının uğurla keçəcəyinə əminliyini vurğulayıb.

 

Xatırladaq ki, Əlisahib Hüseynov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə fərqlənib. İxtisasca tarixçi-hüquqşünasdır. Ölkədə və dünyada gedən siyasi proseslərlə bağlı tez-tez dövrü mətbuatda şərhlərlə çıxış edir.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...