Tramp ölkələri İranla nüvə sazişindən çıxmağa çağırır

05:33 09-01-2020 | icon 399 | Dünya
Tramp ölkələri İranla nüvə sazişindən çıxmağa çağırır

Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çin İranla nüvə sazişinin qalıqlarından uzaqlaşmalıdır.

 

Versus.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-ın İraqdakı bazalarına hücumu ilə əlaqədar Ağ Evdə çıxışı zamanı söyləyib. O, deyib:

"İran nüvə ambisiyalarından əl çəkməli və terrorizmi dəstəkləməyi dayandırmalıdır. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çinin artıq bu reallığı qəbul etmək vaxtı gəlib. İndi onlar İran razılaşmasının qalıqlarından ayrılmalıdırlar. Dünyanı daha təhlükəsiz etmək, İranla saziş bağlamaq üçün hamımız birlikdə çalışmalıyıq. İranın çiçəklənməsinə və geniş potensialından istifadə etməsinə imkan verən bir saziş. İran zorakılıq, iğtişaş, nifrət və müharibəni davam etdirərkən Yaxın Şərqdə sülh və sabitlik ola bilməz".

 

Daha əvvəl İran, zənginləşdirmə sentrifuqaların sayı ilə əlaqədar ölkənin nüvə proqramı ilə bağlı razılaşmada son əsas məhdudiyyətin rədd edildiyini açıqladı və bu addımı "son" adlandırdı.

Qeyd olunur ki, İran əvvəlki kimi MAQATE ilə əməkdaşlığı davam etdirəcək və sanksiyaların qaldırılması və Tehranın nüvə sazişində nəzərdə tutulan maraqlarını təmin etdiyi təqdirdə öhdəliklərini yerinə yetirməyə qayıtmağa hazırdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı