Sizə sevmədiyimdən danışacam

12:45 01-09-2017 | icon 1234 | Uşaq Dünyası
Sizə sevmədiyimdən danışacam

Ayla Nəcəfli

Salam, xoş gördük sizi, mənim əziz oxucularım, necəsiz? Mən də yaxşıyam. Yay tətilini başa vurmağıma çox az vaxt qalır. Mən hələ də tətilimi nənəmgilin bağında keçirirəm.

Bu gün bağda rastlaşdığım bir hadisədən sonra fikrimdə bir mövzu yarandı. İndi sizə ondan danışacam.

Bu mövzu çoxlarına tanış olsa da heç kəs onun “qəhrəmanını” sevmir. Heç özüm də sevmirəm. Sizcə bağda gündəlik rastlaşdığımız sevmədiyimiz nə ola bilər? Onları heç ağaclar, güllər də sevmir. Bu, bağın qənimi tırtıl, qurddur… Əslində çox vaxt biz onları yediyimiz meyvələrdə də görürük. Atam da deyir ki, meyvə-tərəvəzlər, göyərtilər düzgün təmizlənməsə onlar insanda da bakteriyalar yarada bilir. Yəni adamın qarnında da qurd əmələ gəlir. Atam deyir ki, bu qurdlar çox ziyankardır. Ona görə də meyvələri yeməzdən əvvəl mütləq yumağı məsləhət görür. Amma həmişə sözə baxan olmuram. Bunun da ağrısını elə özüm çəkmişəm. Ona görə də heç olmasa siz sözündən çıxmayın. Yoxsa sizin də qarnınızda məndəki kimi qurd olar. Anam deyir ki, qarnımda qurd olduğu üçün kökəlmirəm. Çünki nə yeyirəmsə çoxusunu onlar yeyir – mənim qurdlarım… Hərdən anam deyir ki, Ayla, mən səni bəsləyirəm, yoxsa sənin qurdlarını? Elə edək ki, onları “yola salaq çıxıb getsinlər”. Elə mən də onlardan bezmişəm. Nə qədər müalicə olmuşamsa xeyri olmayıb. Bilmirəm nə edim… atam buna görə mənə dərman da alıb. Hələ ki, onlarla mübarizə aparıram. Öz-özümə düşünürəm ki, ağaclar, güllər kimi biz uşaqlar da təbiətin canlılarıyıq və belə pis şeylərdən qorunmalıyıq. Əks halda qurdlar bizi yeyib məhv edər.

Amma bu vəziyyətə düşməyim mənə bir dərs oldu. Öyrəndim ki, mən öz sağlığımı qorumaq üçün diqqətli olmalı, yediyim qidaları təmizləməliyəm.

Əziz dostlarım, siz də bağdan meyvə dərəndə, ya bazardan alanda mütləq təmizləyin. Çünki natəmizlik qanınızda, qarnınızda bakteriyalar yarada bilər.

Sağ olun, salamat qalın və sağlığınıza diqqət edin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı