Qənirə Paşayeva illər öncə Bağdadda çəkilmiş fotonu paylaşdı
Millət vəkili: “Bu foto İraq müharibəsinin ən ağır günlərində çəkilib”
“Bu foto İraq müharibəsinin ən ağır günlərində Bağdadda çəkilib. Qardaş Türkiyədən bir tək İsmail Balli bəy vardı. Fotodakı üçüncü şəxs yunan jurnalistdir. Bu fotonu İsmail bəy paylaşıb. Məndə heç yox idi, amma o zamankı müzakirələri çox yaxşı xatırlayıram”.
Versus.Az xəbər verir ki, bunu özünün “Facebook” hesabında millət vəkili Qənirə Paşayeva yazıb.
Qənirə Paşayeva yazıb:
“İraqda artıq uzun illər sabitlik olmayacaq. Bu ölkə artıq beynəlxalq və regional güclərin bir-birinə qarşı müharibə meydanına çevriləcək dediyimdə, çoxları inanmırdı. İsmail bəy şahiddir. Son hadisələr bir daha göstərdi ki, İraqda hələ bundan sonra da uzun zaman stabillik olmayacaq. Vəziyyət daha da gərginləşəcək. Müharibədən əvvəl və müharibə dövründə orada jurnalist kimi çalışan və böyük bölgələri bilən bir insan və İraqa ən son səfər edən millət vəkili olaraq bu acı gerçəyi söyləməliyəm. Böyük tarix və mədəniyyət beşiyi idi. Çox heyif. Böyük oyunların fərqində olmayan dövlət və xalqlar hər zaman faciə ilə üzləşir. Bunu da ibrət üçün dedim. Baş verənlərə təsir etmək gücümüz olmasa da, ibrət çıxaracağımız çox məqam var”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"