Meqandan Kral ailəsinə daha bir şok - FOTO

00:39 10-01-2020 | icon 555 | Maraqlı
Meqandan Kral ailəsinə daha bir şok - FOTO

Kral ailəsinin imtiyazlarından imtina etdikdən sonra Meqan Markl nişan üzüyünü və digər zinət əşyalarını çıxarıb. Bu barədə “Kosmopolitan” xəbər verib.

 

Məlumata görə, Britaniya ictimaiyyətində şok effekti yaradan bəyanatdan sonra Meqan Markl  Londonda Dorfman Milli Teatrında görünüb.

 

İşgüzar geyimdə olan Meqanın bütün üzüklərini – həm nişan, həm də evlilik ildönümündə şahzadə Harrinin hədiyyə etdiyi sədaqət üzüyünü çıxarması diqqətdən yayınmayıb. Bundan əlavə, keçmiş aktrisa şahzadə Harrinin istəyi ilə eksklüziv dizaynla hazırlanmış məşhur üç brilliantlı nişan üzüyünü də taxmayıb. Bu üzüyün hazırlanması üçün həm şahzadə Diananın kolleksiyasındakı, həm də şahzadənin Botsvana səfərindən gətirdiyi brilliantlardan istifadə olunmuşdu.

 

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl altı həftəlik istirahətdən qayıtdıqdan sonra krallıq səlahiyyətlərindən imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Məsləhətləşmədən sonra verilən bu qərar Kraliça II Elizabeti və ailənin digər üzvlərini şoka salıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı