Almaniya İraqdakı missiyasını davam etdirmək istəyir

09:03 10-01-2020 | icon 449 | Dünya
Almaniya İraqdakı missiyasını davam etdirmək istəyir

Almaniya xarici qoşunları ölkədən çıxarılması ilə bağlı İraq parlamentinin qəbul etdiyi qərarına baxmayaraq, öz silahlı qüvvələrinin Erbildəki missiyasını davam etdirməyi düşünür.

 

Versus.Az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer ötən gün Berlində parlamentin müdafiə komitəsinin iclasından sonra verdiyi açıqlamasında bildirib.

 

“Bu missiyanı davam etdirmək istəyirik, ancaq bizə də aydındır ki, bunu yalnız İraq hökumətinin razılığı olduqda edə bilərik”, - nazir belə deyib.

 

Onun sözlərinə görə, Bağdadda hökumət indi parlamentin qərarı ilə necə davranacağını müzakirə edir. Kramp-Karrenbauer onu da əlavə edib ki, iraqlı həmkarı ilə bununla bağlı telefon söhbəti də edib.

 

Nazir qeyd edib ki, Almaniya Silahlı Qüvvələrinin 100-dən çox hərbi mütəxəssisindən 26-sı İraqdan çıxarılıb, “qalanları isə Erbildə qalıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı