"Bu, seçkinin yekununda əksini tapacaq”

18:27 11-01-2020 | icon 448 | Siyasət
"Bu, seçkinin yekununda əksini tapacaq”

“Biz 23 dekabr 2019-cu ildə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı görüntülərə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə 2-3 dəfə baxmışıq”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

 

Pənahov deyib ki, həmin görüntülər ciddi araşdırılıb:

“Əgər ciddi məqamlar aşkarlanıbsa, bu, MSK tərəfindən nəzərə alınıb. Bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarda da bu, əksini tapacaq”.

 

MSK sədri qeyd edib ki, bəzi insanlar diqqəti daha çox sosial şəbəkələrlə tərəfdar yığmağa yönəldib:

“Ümumi xarakterli narazılıq əvəzinə konkret hansı məntəqədə hansı pozuntuların olması barədə faktlar təqdim olunmalıdır. Konkret pozuntulardan danışılmalıdır. Bu, şikayət etmək üçün adi tələblərdir. Səsvermə günü səsvermə məntəqələrində olan insanlar pozuntuları müşahidə edə bilərlər. Seçki Məcəlləsinin tələbinə əsasən, pozuntu varsa, müşahidə edilməli və yuxarı seçki komissiyalarına müraciət edilməlidir. Gələcəkdə daxil olan müraciətlərdə bu məlumatlar əksini tapmalıdır. Pozuntuların kim tərəfindən müşahidə edilərək təqdim edilməsi açıqlanmalıdır, bu, qanunvericiliyin tələbidir.  Yoxsa istənilən bir şəxsin bütün məntəqələrə getməsi və səsvermədə pozuntulara yol verildiyini iddia etməsi normal hal deyil”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI