Xəqani Cəfərovun namizədliyi təsdiqləndi
"Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 9 fevral MM millət vəkili seçkiləri keçiriləcək. Sosial şəbəkələrdə bəzi söz-söhbət yayırlar ki, guya namizədlərə mane olurlar. Şaiyələrə heç kim qapanmasın, şəxsən mənə heç bir təziq olmayıb. Bunu hamıya çatdırıram".
Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Xəqani Cəfərov deyib.
Bitərəf namizəd olaraq öz hüququmdan istifadə etdiyini vurğulayan X.Cəfərov Yardımlı camaatına ona öz imzalarını verdikləri üçün minnətdarlığını ifadə edib:
"Yardımlı rayon DSK-ə öz təşəkkürümü bildirirəm ki, heç bir problem yaratmadan mənim namizədliyimi qeydə aldılar. Yanvarın 17 dən mən də kəndləri bir-bir gəzib öz platformamı seçicilərimə təqdim edəcəm. Hamıya təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Xəqani Cəfərovun növbədənkənar Parlament seçkilərinə namizədliyi artıq təstiqlənib. O, 72 saylı Yardımlı-Masallı seçki dairəsində mandat uğrunda mübarizə aparacaq.
İgid Teymurlu
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"