Bakı-Quba yolunda avtomobil qəzaya uğrayıb

09:50 12-01-2020 | icon 467 | Hadisə
Bakı-Quba yolunda avtomobil qəzaya uğrayıb

Bakı-Quba avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Versus.Az xəbər verir ki, qəza magistralın Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Maşında sıxışıb qalan sərnişinlər vətəndaşların köməyi ilə çıxarılıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan  2 nəfərin şəxsiyyəti məlum olub. Onlar - 1990-cı il təvəllüdlü Abdullayeva İlahə Ədalət qızı və 1959-cu il təvəllüdlü Qarayeva İmarət Məhəmməd qızıdır.

 

Faktla bağlı araşdırma aparılır. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol