Bu partiyanın səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib

21:23 12-01-2020 | icon 669 | Siyasət
Bu partiyanın səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilib.

 

Versus.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb.

 

İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

 

Xatırladaq ki, Vəhdət Partiyasının MSK-da 12 səlahiyyətli namayəndəsi qeydiyyatdan keçmişdi. MSK-nın son qərarı ilə partiyanın səlahiyyətli nümayəndələrinin sayı 11 nəfər olub. 

 

Qeyd edək ki, hazırda MSK-da 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI